backend

Binəqədidə sahibkarlar “tasa otuzduruldu”- PREZİDENTƏ SÜRPRİZ ​ ​ (FOTO/FAKT) ​

Bu gün GundemXeber.Az-ın əməkdaşı Bakı şəhəri, Binəqədi rayonu ərazisində olarkən sensasiya doğura biləcək məlumatlar əldə edir və o, həmin məlumatları redaksiyaya çatdırır.

Binəqədidə sahibkarlar “tasa otuzduruldu”- PREZİDENTƏ SÜRPRİZ ​ ​ (FOTO/FAKT)  ​


Qeyd edək ki, əməkdaşımız məlumatları hansısa sahibkarın danışıqları əsasında deyil, məhz rayon rəhbərliyinin verdiyi tapşırıqlar əsasında həyata keçirilən işlərin gedişinə nəzarət edən vəzifə sahiblərinin danışıqları zamanı əldə edir. Məlumatlarda qeyd olunur ki, yaxın günlərdə ölkə rəhbəri cənab İlham Əliyevin Baki şəhəri, Binəqədi rayonu ərazisindəki “Abşeron Regional Elektrik Şəbəkəsi”nin (REŞ)​ açılışında iştirak edəcəyi gözlənilir. Bununla bağlı rayon rəhbərliyi tərəfindən ciddi hazırlıq işlərinin görüldüyü də qeyd olunur.

Binəqədidə sahibkarlar “tasa otuzduruldu”- PREZİDENTƏ SÜRPRİZ ​ ​ (FOTO/FAKT)  ​


Amma necə? Elə bu necəliyin varlığıdır ki, redaksiyamıza çatdırılan məlumatları ölkə ictimaiyyətinin diqqətinə çatdırmağı özümüz üçün borc bildik.Yəni, məlumatlarda bildirilir ki, Prezidentin gözlənilən səfəri ilə bağlı Binəqədi RİH başçısının 1-ci müavini İlqar Süleymanovun rəhbərliyi altında, cənab İlham Əliyevin “Abşeron Regional Elektrik Şəbəkəsi”nin (REŞ)​gedəcəyi yolun kənarında fəaliyyət göstərən obyekt sahibləri lazımi məbləğdə “yüklənirlər”.

Binəqədidə sahibkarlar “tasa otuzduruldu”- PREZİDENTƏ SÜRPRİZ ​ ​ (FOTO/FAKT)  ​


Yəni, obyekt sahiblərinə bildirilir ki, ölkə başçısının gəlişindən əvvəl yolboyu ərazilərdə təmizlik, rənglənmə, qopmuş aqlay daşlarının yenisi ilə əvəzlənməsi və s. kimi işlər görülməlidir. Bu kimi işlərin həyata keçirilməsi üçün, hansı ki, Prezidentin hərəkət edəcəyi yolun kənar ərazilərində fəaliyyət göstərən obyekt sahibləri təqribən 1500-2500 manat civarında “yüklənirlər”. Hansı obyekt sahibi rayon rəhbərliyinin belə bir tələbindən boyun qaçırarsa, o halda həmin şəxs obyektinin söküləcəyi təhlükəsi ilə üz-üzə qalır.

Binəqədidə sahibkarlar “tasa otuzduruldu”- PREZİDENTƏ SÜRPRİZ ​ ​ (FOTO/FAKT)  ​


Belə olan halda ortaya sual çıxır ki, Binəqədi RİH-nin büdcəsinə ​ köçürülən pullar hara xərclənir ki, bu gün icra başçısı Elxan Allahverdiyevin şifahi tapşırıqları əsasında saxta işlərə qol qoyulur. Axı, cənab Prezident dəfələrlə vurğulayıb ki, vəzifə sahibi olan şəxslər sahibkarları incitməməli, onlardan haqq almamalı, əksinə həmin şəxslərin fəaliyyətlərinə dəstək olmalıdırlar. Deməli, ölkə rəhbərinin bu yöndə verdiyi tapşırıqlar Binəqədi rayonunda icra olunmur.

Binəqədidə sahibkarlar “tasa otuzduruldu”- PREZİDENTƏ SÜRPRİZ ​ ​ (FOTO/FAKT)  ​


​ Onu da qeyd edək ki, Prezident İlham Əliyev bir çox çıxışlarında şəhər və rayonların ərazilərində ​ təmir-bərpa işlərinin və digər quruculuq işlərinin görülməsi məqsədilə lazımi məbləğdə vəsaitlərin ayrıldığını, ehtiyac duyulduğu təqdirdə yenə ayrılacağını vurğulayıb.

Binəqədidə sahibkarlar “tasa otuzduruldu”- PREZİDENTƏ SÜRPRİZ ​ ​ (FOTO/FAKT)  ​


Binəqədi rayon rəhbərliyi isə, hazırda belə bir oyun qaydaları qurmaqla hər kəsə çatdırmaq istəyir ki, büdcəmizdə vəsait yoxdur. Görəsən Prezidentin bu yöndə atılan addımlardan xəbəri varmı? Yoxdursa bizdən demək, aidiyyatı qurumlardan lazımi tədbirləri görmək!

Binəqədidə sahibkarlar “tasa otuzduruldu”- PREZİDENTƏ SÜRPRİZ ​ ​ (FOTO/FAKT)  ​