backend

Çempionlar Turu: Rəcəbov Karlsenlə, Məmmədyarov Firuzca ilə üz-üzə

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində bu gün 1/4 final mərhələsinə start veriləcək.
Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov bu raundda Maqnus Karlsenlə, Şəhriyar Məmmədyarov isə Alireza Firuzca (FIDE) ilə üz-üzə gələcək.
Məmmədyarov 1/4 final mərhələsindəki ilk görüşünü ağ, Rəcəbov isə qara fiqurlarla oynayacaq. Bu raund iki gün davam edəcək. Qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.
1/4 finalda qarşılaşacaqlar:
Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov
Şəhriyar Məmmədyarov - Alireza Firuzca (FIDE)
Levon Aronyan (Ermənistan) - Uesli So (ABŞ)
Le Kuanq Lyem (Vyetnam) - Hikaru Nakamura (ABŞ)
Qeyd edək ki, Şəhriyar Məmmədyarov təsnifat mərhələsini 9,5 xalla 3-cü, Teymur Rəcəbov isə 8,5 xalla 8-ci pillədə başa vuraraq, pley-offa vəsiqə qazanıb. Ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnirə mayın 2-də yekun vurulacaq. Qalib 30 000 ABŞ dolları qazanacaq.