backend

Elşad Həsənov və Şair Alxasov da GEDİCİDİR... - Həbsləri belə mümkündür...

Dünən Şəmkirdəki səs-küylü həbslər yenidən icra başçıları ilə bağlı cəza tədbirlərinin gündəmə daşınmasını aktuallaşdırıb. Bu səbəbdən artıq yeni hədəflərin olacağı ilə bağlı da müxtəlif qaynaqlardan informasiyalar yayılmaqdadır. Belə bir xəbər DİA.AZ-a da daxil olub.

Redaksiyamızı bilgiləndirən mötəbər mənbə iddia edir ki, Şəmkir RİH rəhbəri Alimpaşa Məmmədovun ardından daha iki rayonda oxşar əməliyyat keçirilə bilər.

Mənbənin iddia etdikləri:

"Bunlardan biri Qusar rayonudur. Şair Alxasov neçə illərdir ki, Qusara rəıhbərlik edir və bu fəaləiyyəti dönəmində o, Qusarda ancaq narazılıqları körükləməklə məşğuldur və onunla bağlı "yuxarıların" da səbr kasasının dolduğunu asanlıqla demək olar.

İkinci potensial hədəf isə Alxasovla müqayisədə kifayət qədər yeni kadr olan, keçmiş deputat, hazırda isə Yasamal rayonuna rəhbərlik edən Elşad Həsənovdur. Elşad Hədənov o qədər maraqlı fiqurdur ki, gənc olmasına rəğmən illərdir Yasamalda mövcud olan korrupsiyalaşmış şəbəkəyə tam uyğunlaşmağa "müvəffəq" olduğundan onun da barəsində yetərincə iddialar və ittihamlar mövcuddur".

Mənbə iddia edir ki, hər iki başçı ilə əlaqədar ən sərt cəza tədbirləri görülə bilər. Dia.az-a söylənilənlər: "İkisinin də həbsi gözləniləndir. Çünki onlar Alimpaşa Məmmədov qədərindədirlər... Nə artıq deyillər, nə də əskik..."

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq.