backend

Əhali üçün daha bir şok: işıq və qazın qiyməti də bahalaşacaq

Əhali üçün daha bir şok: işıq və qazın qiyməti də bahalaşacaq











Azərbaycanda yaxın vaxtlarda işıq və qazın da qiyməti qalxacaq

Bu məsələ hökumət çevrələrində müzakirə edlir və yaxın vaxtlarda Tarif Şurası bununla bağlı qərar qəbul edəcək. Bu barədə istiqlal.az-a hökumətdəki mənbələrdən məlumat daxil olub. Mənbə bildirir ki, neftin dünya bazarında ucuzlaşması səbəbindən dövlət büdcəsində yaranan kəsiri hökumət təbii inhisarların xidmət və mallarını bahalaşdırmaqla kompensasiya etmək istəyir. Bu baxımdan da ilk növbədə əhalinin istehlak etdiyi enerji resurslarını bahalaşdırmaq niyyətindədir. Hazırda 1 kVt/saat elektrik enerjisinin qiyməti 6 qəpik, 1000 m3 təbii qazın qiyməti isə 100 manatdır. Qiymətlərin 20-25 faiz bahalaşması nəzərdə tutulur.
Yada salaq ki, 12 yanvar 2015-ci il tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmiş və "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli Qanununa uyğun olaraq, neft məhsullarının tariflərinə baxılmış və müvafiq tarif tənzimlənməsi aparılıb.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının iclasında müvafiq qərar qəbul edilmiş və yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib. (istiqlal.az)