backend

Sumqayıtda müəllimə şagirdi döyüb? - FOTO + VİDEO

Sumqayıtda müəllimə şagirdi döyüb? - FOTO + VİDEO




























Təhsil Nazirliyi araşdırmaya başladı

Sumqayıt şəhərində yerləşən 37 saylı məktəbdə 12 yaşlı şagird Pünhan Tanrıverdiyev sinif rəhbəri və sinif yoldaşı tərəfindən döyüldüyü iddia edilir.

qaynarxett.az xəbər verir ki, bu iddia ilə uşağın anası, Sitarə Zəngəzurlu adlı xanım şəxsi Facebook hesabında çıxış edib.

Ana oğlunun şəklini paylaşaraq onun müəlliməsi tərəfindən döyüldüyünü bildirib:

“Sumqayıt şəhərində yerləşən 37 saylı məktəbdə təhsil alan oğlum “6B” sinif şagirdi Emin və sinif rəhbəri Gülşarə müəllimə tərəfindən döyülərək bu hala salınıb. Hazırda oğlumun vəziyyəti pisdir”.

Hadisə ilə bağlı Təhsil Nazirliyindən Oxu.Az-a məsələnin araşdırıldığını və nəticəsi barədə məlumat veriləcəyini bildirdilər.