backend

Sabah Bakıda 23 dərəcə isti olacaq

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. 
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 10-13 isti, gündüz 18-23 dərəcə isti olacaq.
Bakıda gecə 10-12 isti, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 , gündüz 45-50 faiz olacaq.
Mayın 12-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman. Şərq küləyi 5-10 m/s. Havanın temperaturu gecə 7-12 isti, gündüz 22-27 isti, dağlarda gecə 3-8 isti, gündüz 13-18 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.