backend

SON DƏQİQƏ!!! AZƏRBAYCAN İRƏLİLƏYİR - Paşinyan isə Putindən müdaxilə etməyi xahiş edir

Axşam saatlarında Ermənistanın hökumət başçısı Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinə zəng edib.

“Ermənistan-Azərbaycan sərhədində bu yaxınlarda baş vermiş insidentlə bağlı fikir mübadiləsi zamanı Vladimir Putin Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının bütün müddəalarına, ilk növbədə də atəşkəs rejiminə ciddi şəkildə riayət olunması ilə bağlı müddəasına riayət olunması zərurətini vurğulayıb.

Rusiya tərəfin fəal vasitəçilik səylərini davam etdirmək və regionda sabitliyin təmin edilməsi məqsədilə Yerevan və Bakı ilə sıx əlaqələr saxlamaq niyyəti təsdiq edilib.

Nikol Paşinyan Rusiya prezidentinə minnətdarlıq edərək, yaranan problemlərin müstəsna olaraq dinc, siyasi-diplomatik vasitələrlə həlli məqsədilə konstruktiv dialoqun və qarşılıqlı fəaliyyətin tərəfdarı olduğunu bildirib.

Həmçinin Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin bərpa edilməsi məsələlərinə toxunulub.

Müxtəlif səviyyələrdə gələcək əlaqələr razılaşdırılıb”, deyə Kremlin mətbuat xidməti məlumat yayıb.\Turan\