backend

SON DƏQİQƏ!!! Fələstinin Rusiyadakı səfirindən ERMƏNİ SEVGİSİ - Ərdoğana: “Bizi Qarabağla müqayisə etmə...” dedi

Mediaxeber.az TASS -a istinadən xəbər verir ki, Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofəl ölkəsinin Türkiyənin mövqeyini yüksək qiymətləndirdiyini, ancaq Ərdoğanın Qarabağla müqayisə etməsini söz xatirinə olduğunu söyləyib.

Səfir bildirib ki, Fələstin Türkiyənin İsrail ilə qarşıdurmasında verdiyi dəstəyi yüksək qiymətləndirir, lakin mövcud ağırlaşmanı Dağlıq Qarabağdakı vəziyyətlə müqayisə etməyi yanlışdır.

Ərdoğanın “ Qarabağa etdiyimiz köməyi Fələstinə də edəcəyik” sözlərini şərh edən Nofəl, Fələstinin vəziyyətini Dağlıq Qarabağda baş verənlərlə müqayisə etmək istəməyəcəyini vurğulayıb. O bunu “Ermənistanla yaxşı əlaqələrimiz var. Qarabağla Fələstin mövzularını qarışdırmayaq. Ərdoğanın müqayisəsi sadəcə bir söz oyunudur “-fikri ilə əsaslandırıb.

P.S. Türkiyənin Fələstinə bu qədər dəstəyi qarşısında hörmətli Ərdoğanın Qarabağ adını çəkməsini Fələstin səfiri sinirə bilmədi. Ermənistana olan xüsusi hörmətlərini, yaxşı münasibətlərini əsas gətirib, Türkiyə Prezidentinə irad bildirməyi dilə gətirdilər.