backend

SON DƏQİQƏ: Azərbaycanla Ermənistan RAZILIĞA GƏLDİ - Ordumuz GERİ ÇƏKİLDİ, LAKİN...

Sərhədlə bağlı danışıqlar başa çatıb, Azərbaycan və Ermənistan razılığa gəliblər.

AZSABAH.COM xəbər verir ki, bu barədə müxtəlif erməni mənbələr razılaşma ilə bağlı bəzi detalları da yayımlayır:

- Azərbaycan Ermənistanın tələb etdiyi formada tamamilə geri çəkilməyib: Qaragöl istiqamətində irəlilədiyi 3,5 kilometr məsafədən 1,5 kilometrə qədər geri çəkilir;
- 1,5 kilometr əraziyə sərhəd xətti və neytral bölgə də daxil ediləcək, bu ərazi boyunca Azərbaycan və Ermənistan hər biri 4 post quracaq;
- Postlarda ağır zirehli texnika olmayacaq, sərhəddə yalnız yüngül silahlarla təchiz olunmuş nizami ordu dayanacaq;
- Vardanes və Geqarkunik istiqamətində isə sərhədlə bağlı hələlik razılıq olmayıb;
Bu, erməni mənbələrin iddia etdiyi razılaşmadır. Razılaşma ilə bağlı ən maraqlı şərhi “Hraparak” nəşri yazıb.

“Azərbaycan hər dəfə 3 kilometr irəliləsə, sonra 1 kilometr geri çəkilsə, Ermənistandan heç nə qalmayacaq”, - nəşr yazır.