backend

Saleh Məmmədovun himayə etdiyi MMC və 17 saylı Yİİ dövlət əmlakını talan edir - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun himayə etdiyi Göyçayda yerləşən "ATF" MMC və 17 saylı Yol İstismar İdarəsinin rəhbərləri dövlət əmlakını və vəsaitini talan edir.



AsiyaTV-yə bu barədə məlumatı Göyçay rayonu Çərəkə kənd sakini Samir Kərimov verib.

O bildirib ki, 3 dekabr 2013-cü il tarixindən 17 saylı Yol İstismarı İdarəsində sürücü vəzifəsində işləyib. İşində heç vaxt nöqsana yol verməyib. "ATF" MMC-nin İsmayıllı rayonunun Basqal kəndində apardığı yol tikintisi işlərinə cəlb edilsə də yüksək qan təzyiqinə görə orada işləyə bilmədiyi üçün idarəm müdiri Tehran Muradov 31 avqust 2020-ci il tarixdə qanunsuz olaraq Əmək Məcəlləsinin 70-inci maddəsinin "Ç" bəndi ilə məni işdən azad edib. Ancaq əmək məcəlləsinin tələblərinə görə mənə son haqq-hesab pulu ödənilməli olsada indiyə qədər verilməyib.

Bu isə cinayət əməlidir...

Şikayətçi bildirir ki, ona son haqq-hesab pulu ödənilmədiyi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət ərizəsi ilə müraciət edib. Nazirlik cavab olaraq bildirib ki, sizə qarşı qanunsuzluq edilib, qanuna müvafiq qaydada tədbir görüləcək..

Ancaq heç bir tədbir görülmədi. Çünki Muradovlar nəslinin gücü qanunlardan üstün tutulur. 17 saylı Yol İstismarı İdarəsində texnikalar xarab olanda onu sürücü öz vəsaiti hesabına təmir etdirir. Dövlətin bunun üçün ayırdığı vəsaiti isə Tehran Muradov talan edir.

Şikayətçi Samir Kərimov qeyd edir ki, "ATF" MMC Göyçay rayonunda asfalt yollarının tikintisi ilə məşğul olur. Bu şirkəti Azad, Təbriz və Faxrəddin Muradov qardaşları yaradıblar. Şirkətin adı da onların adlarının baş həriflərinin birləşməsindən yaradılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun himayəsi altında yaranan bu şirkət nəinki Göyçayda həttda Azərbaycanın müxtəlif yerlərində İsmayıllının Basqal, Ucarın Yuxarı Şilyan, Bərgüşad, Bağman kəndlərində, Göranboyda, Tərtərdə, Balakəndə hazırda yol tikintisi işləri görürlər.

Yol tikintisi üçün ayrılan milyonlarla manatı rahat şəkildə talan etmək üçün Saleh Məmmədovun saxta tender oyunlarını demək olar ki, ancaq "ATF" MMC şirkəti udur.

Hətta iş o yerə çatıb ki, Göyçayda yerləşən 17 saylı Yol İstismar İdarəsinin müdiri Rəşad Kərimovu işdən çıxardıb yerinə "ATF" MMC -nin təsisçilərindən olan Təbriz Muradovun oğlu Tehran Muradovu ora müdir təyin ediblər. Bundan sonra dövlətin idarəsi olan 17 saylı Yol İstismarı İdarəsinin bütün texnikaları "ATF" MMC-nin tenderdə udub apardığı yol tikintisi işlərinə qanunsuz olaraq cəlb edilib. Bu isə korrupsiya cinayətidir ki, başında Saleh Məmmədov dayanıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun himayə etdiyi Göyçayda yerləşən "ATF" MMC-nin rəhbərliyi Muradov qardaşları işçilərin əməyini istismar edir onların pulunu kəsirlər, gün ərzində 15 -16 saat işlədilirlər. Həttda şənbə və bazar günləri də işçilər işə cəlb edilir. Mənim kimi etiraz edənlər isə qanunsuz işdən çıxarılır və hətta son-haqq hesab pulu ödənilmir.

Qeyd edim ki, qum-çınqıl yataqlarında aparılan qanunsuz istismar işlərinə görə "ATF" MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə həbs olundu. Və rəhbərlikdə onu qardaşı Azad əvəzlədi.
"ATF" MMC-nin təsisçiləri olan Muradov qardaşları Azərbaycan Respublikasının dövlət büdcəsini talan etməklə milyonlara sahib olublar.
Prezident İlham Əliyevin tapşırığı əsasında respublikada korrupsiyaya qarşı mübarizə genişləndiyi vaxtda Saleh Məmmədovun himayəsi altında "ATF" MMC-nin rəhbərliyi və 17 saylı Yol İstismar İdarəsinin rəhbəri Tehran Muradov korrupsiya əməllərini daha da genişləndirib.

Muradov qardaşları etdikləri qanunsuzluqlara görə şikayət edəcəyim təqdirdə məni narkotika ilə şərlətdirib tutduracaqları ilə hədələyirlər.

Şikayətçi son olaraq mətbuat vasitəsi ilə Prezident İlham Əliyevdən dövlət vəsaitini talan edən, insanların əmək hüquqlarını pozan, istismar edən bu vəzifəli şəxslərin barəsində ciddi tədbirlər görməsini xahiş edir.
Asiya.az