backend

“Karvansaray”da 200 min manatlıq bərpa işi aparılacaq

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən Şəki şəhəri “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən “Yuxarı Karvansaray” kompleksinin yenidənqurma, bərpa və abadlıq işlərinin layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması üçün dərc edilmiş açıq tenderə yekun vurulub.
 “Chiza Architectural Bureau” MMC tenderin qalibi elan olunub. 
Qalib şirkətlə 196 min 777,14 manat dəyərində müqavilə imzalanıb.