backend

Ter-Petrosyandan SON DƏQİQƏ QARABAĞ AÇIQLAMASI: Belə getsə bizi yenə...

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan növbəti dəfə erməni xalqını xəbərdar edib ki, ermənilərin müharibədən sonrakı ritorikası yeni məğlubiyyəti və məyusluğu qaçılmaz edir. 

“AzPolitika.info” xəbər verir ki, Ter-Petrosyanın Ermənistan mətbuatında dərc edilən müraciətində 44 günlük müharibədəki acı məğlubiyyətə görə məsuliyyətin yalnız Nikol Paşinyanın üzərində olmadığı qeyd edilir. 

Birinci prezident hesab edir ki, əslində Paşinyan ondan əvvəlki ölkə başçılarının davamçısıdır və bu məğlubiyyətdə onların rolu baş nazirdən az deyil. 

Ter-Petrosyan deyib ki, 1997-ci ildən etibarən Ermənistandakı aparıcı siyasi qüvvələr Qarabağ münaqişəsinin sülh yolu ilə və Ermənistan üçün “ləyaqətli şəkildə” həll olunmasına qarşı fəaliyyət göstəriblər: “Nəticədə ölkəni fəlakət durumuna gətiriblər və buna görə indi Paşinyanı günahlandırırlar.”

Erməni dasporunu da ittiham edən Ter-Petrosyan bildirib ki, indiyə qədərki səhv siyasətdən nəticə çıxarılmayıb, əksinə, seçki yaxınlaşdıqca, revanşist əhval-ruhiyyənin artırılması və bundan seçki zamanı istifadə edilməsi istiqamətində addımlar atılır: 

“Müharibədən sonrakı ritorikada yenə də xarici aləmdən boş gözləntilər, Türkiyə və Azərbaycanın ünvanına hədə-qorxu var. Bu, o deməkdir ki, erməni xalqını yenə məğlubiyyət və məyusluq gözləyir.”