backend

Cəlilabadda boruları kim satır? – VIDEO

Cəlilabad rayonunda dövlət əmlakının talan edilməsi haqda cumhuriyyet.az-a məlumat daxil olub. Məlumata görə rayonun Qarayar yolunun üstü deyilən ərazidə Azərsuya məxsüs borular kütləvi şəkildə çıxardılaraq maşınlara yüklənilir. Məlumatla bağlı Cəlilabad rayon Su- Kanal İdarəsi ilə əlaqə saxladıq. İdarədən boruların doğranması ilə bağlı heç bir məlumat olmadıqlarını bildirdilər. Mənbənin sözlərinə görə , Azərsuya məxsüs turbalar rayon məmurları tərəfindən mənimsənilir. Ərazidə yaşayan vətəndaşların cumhuriyyet.az-a bildirdiyinə görə, boruların çıxardırılmasına bir başa icra başçısının vəzifələrini müfəqqəti icra edən Mansur Məmmədov başçılıq edir. Görünür, keçmiş icra başçısı Namik Zeynalovun həbsi digər məmurlara dərs olmayıb. İcra başçısını əvəz edən Mansur Məmmədova kim şərait yaradıb ki, dövlət əmlakını mənimsəsin?
Digər bir məlumatda vurğulanır ki, doğranılan turbalar maşınlara yüklənərək bir metri 40 manatdan məlum olmayan istiqamətə aparılaraq təhvil verilir. 300(üç yüz) metr borunun isə artıq satıldığı bildirilir. Əslində, həbs olunan icra başçısı ilə yanaşı müavinlər və onların əl- altıları da istintağa cəlb edilməli idi. Rayonda gəzən söz-söhbətlərə görə, həmən boruların satılmasına Mansur Məmmədov rəhbərlik etsə də onun yuxarılarla da hesablaşdığı bildirilir. Mövzüya yenidən qayıdacayıq…