backend

TƏCİLİ!!! Payçılar Bakı İH-nin qarşısında ETİRAZA QALXACAQ - “Sahil - S İnşaat” MTK FIRILDAQCIDIR!!!

Paytaxtın Suraxanı rayonu, Yeni Günəşli “A-B” massivində yaşayış binası inşa edən “Sahil - S İnşaat” MTK payçıları narazılıgə pik həddə catıb. 

Qaynarxett.az məlumat verir ki, 15 mərtəbəli göydələn tikməkdə olan inşaat şirkəti binanın sonuncu mərtəbəsində işləri dayandırmalı olub.
Bu barədə saytımıza məlumat verən bir qrup payçının sözlərinə görə, inşaat firması binanı kecən ilin noyabr ayında təhvil verməli idi. Amma “Sahil - S İnşaat” MTK-nin verdiyi sözdən 6 aydan cox vaxt keçsə də, iş dayanıb.

Sakinlərin bildirdiyinə görə, şirkət işlərin dayanmasını izah etmir, lakin bəziləri firmanın maliyyə böhranı ilə üzləşdiyini təxminən ehtimal edir. Payçılar bildirirlər ki, noyabrda təmirə başlamağı planlaşdırırdılar, amma işləri tamamilə korlanıb. Bu da onsuz da karantin üzündən yaranan ağır iqtisadi şəraitdə daha neçə ay kirayədə yaşamaq deməkdir. Çünki onlarla ailə müvəqqəti kirayədə yaşayır, aldıqları mənzillərin vaxtında təhvil veriləcəyinə ümid edir, MTK isə vətəndaşları aldadır. Beləliklə, tikinti işlərinin dayanması həmin ailələrin daha bir neçə ay kirayədə yaşamaq məcburiyyətində qalmalarını uzadır. Halbuki, kreditlə mənzil alan ailələr noyabrda köçməyi, əldəki vəsaiti təmirə yönəltməyi nəzərdə tuturdu.


Onları narahat edən digər məsələ maliyyə çatışmazlığı üzündən tikinti işlərinin keyfiyyətsiz aparıla biləcəyidir: “Biz kreditlə, borcla ev almışıq. Hazırda da kirayə yaşayırıq. Tikinti işlərinin uzanması bir yana, ehtiyat edirik ki, maliyyə çatışmazlığı üzündən işlər keyfiyyətsiz aparıla bilər. Ona görə də Fövqəladə Hallar Nazirliyinə müraciət edəcəyik ki, binanın keyfiyyətini yoxlasın”.

Sakinlər bildirirlər ki, şirkət rəhbərlərini özlərini reklam etmək ücün ortaya yeni bir layihə atıblar - QARABAG QAZİLƏRİ ÜCÜN GÜZƏŞTLİ HƏYƏT EVLƏRİ tikəcəklər. "Birini yarıtdılar, qaldı o biri. Müraciət edən qazilərə güya güzəşt edirlər, deyirlər ki, ilkin ödənişi aylıq ödəyə bilərlər. Bunun harası güzəştdir. Bir də ki, vəsait olmadıgından binanın işini yarımcıq saxlayıblar, bəs hansı vəsaitlə fərdi həyət evləri tikməyə girişiblər, məlum deyil... "

Sakinlər narazılıqlarını çatdırmaq üçün qarşıdakı həftə Bakı Şəhər İcra Hakimiyyəti önündə toplaşmağa qərarlıdırlar.

Yeri gəlmişkən, son illərdə inşaat firmaları mənzil alan payçıları aldatmaqda davam edirlər. Bu da tikintinin sonuncu pilləsində işlərini yarımçıq qoyan “Sahil - S İnşaat” MTK barədə istər-istəməz şübhələrə, düşünməyə yol açır.

Gün ərzində şirkətin rəhbəri Taleh müəllimlə telefon əlaqəsi yaratmaga caışdıq. Lakin cavab ala bilmədik.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Qaynarxett.az