backend

Metrodan istifadə edən sərnişinlərin sayı 2 dəfəyə qədər azalıb - RƏSMİ

Sərnişindaşımanın bərpa olunduğu ilk həftə ərzində metropoliten 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyə yaxın az sərnişin daşıyıb.

Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, orta hesabla gün ərzində 350000-400000 civarında sərnişin daşınıb.

Qurum sözçüsü sərnişinlərin sayının azalmasının pandemiya ilə əlaqədar olduğunu bildirib:

"Bakı metropoliteninin sərnişin kütləsinin müəyyən qismini tələbə-müəllim heyəti, orta məktəblərin, təlim-tədris müəssisələrinin şagird-tələbə heyəti təşkil edir. Eyni zamanda Bakıya gələn qonaqların sayında da kifayət qədər azalmalar var. Bundan əlavə, xüsusi karantin rejiminin müddəti uzadıldığı üçün müəssisələrin fəaliyyətinin tənzimləmələrində fərqliliklər mövcud olub. Bunlar hamısı metropoliteinin sərnişindaşıma fəaliyyətində öz əksini tapır”.