backend

SATİRİK QƏLƏMLƏ - AY Kəbirə, Kəbirə... - Şair-jurnalist yazır

Istəkli oxucular! Məlum edim ki, bizim bu buraxılışımızdakı qəhrəmanımız öz keçmişini yaddan çıxaran və tez bir zamanda parlayan ulduzlarımızdan biridir. Qeyd edək ki, onun qardaşı oğlunun maşınla adam öldürməsi, bacısının evində qarovulçunun yanması, müxtəlif iş adamlarını aldadaraq pullarını mənimsəməsi, Dato adlı erməni şərikinin olması və sair faktları da bizə bəllidir. Lakin bizim bu qəhrəmanımız çox "mükəmməl" qəhrəmandan biridir. Belə ki, hətta onun qəbuluna düşmək özü çox müşkül bir problemə çevrilmışdir. Çünki, onun qulbeçələri görüşə gələn şəxslərdən onu bərk-bərk qoruyurlar. Deyəsən, belə getsə, gələcəkdə bir “Kəbirə xala” adlı meyxana da yazmalı olcağıq. Hələlik biz qəhrəmanımız Kəbirədən bu bəd əməllərinə son qoymağı tövsiyyə edirik.

“Kəbirə Məmmədova Tibb Mərkəzi”ni açmısan.
Deyirlər ay Kəbirə işıqtək şölə saçmısan.
Kəmalə xanım deyir –Sən ona atıb,qaçmısan.
1500 manataldın, uşağı getdi qəbirə.
Nə vaxtdan həkim oldun,- Söylə görək ay Kəbirə?


Dato ilə deyirlər: yamanca dostluq edirsən.
Erməniylə dost olub, axı, sən hara gedirsən?
Erməniyə pul verib, söylə, sən nə eyləyirsən?
Sürgün etmək gərəkdir Vallahi səni Sibirə.
Alış - verişeyləmə, erməniylə,ay Kəbirə !

Elçin Ağabəyovdan 20 000 pul almısan.
Ona da xeyli atıb, dərdə, həm qəmə salmısan.
Millətə atmaq kimi xəyallara sən dalmısan.
Aldadırsan hərəni ayrı fəndlə ayrı cürə.
Aldatmaqla məşhursan sən “Binə”də ay Kəbirə.

Tofiqin 70 000 –i görəsən indi hardadır?
Veribdir Kəbirəyə ancaq, özü indi də dardadır.
Ala bilməyir geri. İndi də intizardadır
.70 000-i beləcə eylədin sən müsadirə.
Hər cürə fırıldaqla sən məşhursan,ay Kəbirə!

Pandimitya səninçin olub sanki bir oyuncaq.
Işçilərlə bir yerdə eyləmisən sən yığıncaq.
Məsləhət eyləmisən ki, hamının haqqın alaq.
Rast gəlmədik heç yerdə sənin kimi fəndgirə.
Yaman “at oynadırsan” sən “Binə”də ay Kəbirə!

Sahibkarlar “Binə”ni tərk eyləyərək, qaçırlar.
Gedirlər başqa bir yerdə mağazalar açırlar.
Köhnə “afisiantlar”indi də şölə saçırlar.
O ad sənin üstündə gedər sənlə qəbirə.
Unutma keçmişini heç vaxtı gəl,ay Kəbirə.

Baloğlan Mirzəli,
Şair- jurnalist