backend

"Paşa İnşaat Şirkəti"in rəhbərliyindən ŞİKAYƏT - "Bir gün icazə istədiim, işdən cıxarırlar"

Qaynarxett.media-ya 25.01.1985 çi il təvəllüdlü, ali təhsilli, Laçın rayonundan məcburi köçkün, Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli küç 5 B ünvanında, 2 nömrəli texniki peşə məktəbində məskunlaşmış, hazırda "Bravo marketlər şəbəkəsi"ndə mühafizəci işləyən Aslanov Amid Aslan oğlu müraciət edərək, şəbəkənin xidmət rəisi Elşən(tel.051-777-33-66) adlı şəxs tərəfindən heç bir əsas olmadan işdən çıxarılması ilə bağlı şikayət etmişdir.

Şikayətci bildirir ki, atası Aslanov Aslan Sahverdi oğlu Qarabağ uğurunda gedən döyüşlərdə iştirak edib, 2 çi qrup əlil və müharibə veteranıdır. Aslanovlar nəsli Cənab Prezidenimiz İlham Əliyevin ətrafında sıx birləşərək, onun apardığı siyasəti dəstəkləyir və hamısı YAP-ın üzvləridir.

Amid Aslanovun himayəsində 2 azyasli övladı var.

Amid Aslanov söhbət əsnasında bildirdi ki, "Bravo mühafizə xidməti"ndə bütün mühafizə əməkdaşları 12 saat islədilməklə, 2 gün gündüz , 2 gün gecə, 2 gün istirahət qrafiki ilə xidmətə cəlb olunurlar.

Amid Aslanov bildirdi ki, 10 gün öncə subardinasiya qaydalarına uyğun olaraq növbə rəisi Ramal bəyə və sonra xidmət rəisi Elşən bəyə məzuniyyətə çıxmağı üçün müraciət etmişdir. Təhlükəsizlik üzrə kadr məsləhətçisi Emil ( tel.050-216-06-01) Amid Aslanovla telefon əlaqəsi saxlamış və bildirmişdir ki, "Bravo mühafizə xidməti"ndə məzuniyyət və məzuniyyət pulu verilmir.

Amid Aslanov deyir: "Qardaşım Bakı Dövlət Universitetinin məzunu Aslanov Mehman Aslan oğlunu hərbi komisarligin qərarı ilə Zərifə Əliyeva adına Göz Xəstəxanasina aparmasi üçün icazə istədikdə, xidmət rəisi Elşən müəllim, mənə zəng edərək qərəzli və hirsli formada isə çıxmagımı tələb etdi.

Mən Elşən müəllimin üst rəhbəri Sərdar bəyə dəfələrlə zəng etsə də, mənim bu cəhtim uğursuz alındı.

Naəlac qalıb baş verənlər barədə "Paşa İnşaat Şirkəti"-nin direktoru Rüfət Abdullayevə məlumat verdikdən 1 saat sonra xidmət rəisi Elşən müəllim mənə zəng edərək,13.06.2021 ci il saat 13:00-da, "Bravo"-nun kadrlar rəisinin yanında olmagımı və işdən çıxmaq barədə ərizə yazmagımı bildirdi."


QAYNARXETT MEDİA:Biz dəfələrlə "Paşa İnşaat Şirkəti"-nin direktoru Rüfət Abdullayevlə telefon əlaqəsı yaratmaga calışsaq da alınmadı. Qarşı tərəfin möveyini öyrənməyə calışacagıq. Həmcinin vətəndaşın şikayətini aidiyyatı qurumlara catdırmaqla müvafiq ekspert rəyini də öyrənib ictimailəşdirəcəyik.