backend

"Ziraatbank Azərbaycan"da FETÖ kabusu dolaşır... - İDDİA

İki gün öncə “Latviyalı deputat Rusiyaya casusluq ittihamı ilə həbs edildi” başlıqlı xəbər diqqətimi cəlb etdi.
Deməli, Azərbaycandan çox balaca olan Latviyada parlamentin üzvü Yanis Adamsons Rusiyanın lehinə casusluqda ittiham olunur. Deputatın toxunulmazlıq hüququnun ləğvi və həbsi ilə bağlı qərar parlamentdə səsvermə nəticəsində qəbul edilib. 69 həmkarı Adamsonsun həbsinin lehinə, 5-i əleyhinə səs verib, 4 parlamentari isə bitərəf qalıb”.
Sözün düzü, bu xəbər məni xeyli düşündürdü.
Görəsən, bizim parlamentdə İrana, Rusiyaya, yaxud başqa bir ölkəyə casusluq edən deputatımız yoxdurmu ?
Biz demirik ki var ee. Sual veririk. Suala cavab vermək isə Gündəlik Bakı olaraq bizim səlahiyyyətlərimiz və imkanlarımız daxilində deyil.
Söhbət təkcə parlamentdən getmir e. Mediada, səfirlərimiz arasında, nazirliklərdə, orduda lap bank sistemində və s doğrudanmı bircə casus yoxdurmu ?
Bir daha təkrar edirik ki, biz casus axtarışına çıxmamışıq və heç kimin üzərinə kölgə salmırıq.
Necə olur ki, xırda bir Latviya öz daxilindəki casusu ifşa və həbs edir. Biz isə…
Neçə illərdi ki, Azərbaycanda bir Feto kabusu dolaşır. Amma bircə fetoçuya da qaşın üstə gözün var deyən olmur.
Hətta Prezident Aparatında oturub Fətullah Gülənə məktub yazanlar da var idi: “ Validəm ( yəni anam ) sizi çox sevir” deyənlər də var idi və bu gün də var.
Biz yuxarıda qeyd etdik ki, söhbət təkcə parlamentdən getmir. Məgər bank sistemində casus olmur ?
Məgər Maliyyə Nazirliyində casus olmur?
Media üzərindən xırda bir araşdırma aparsaq bəlli olacaq ki, Bakıda fəaliyyət göstərən Ziraat Bankın rəhbəri Avni Dəmirçi deyilənlərə görə qatı Fetoçudur. Təsəvvür edirsiniz, bu adam Türkiyə səfirliyinin Azərbaycanda keçirdiyi tədbirlərə qatılmır. Bu artıq dövlətə meydan oxumaqdır ee.
Bu adam, yəni Fetöçü Avni Dəmirçi Şuşada filial açmaq və para qazanmaq istəyir.
Deməli 3000 Azərbaycan oğlu şəhid olub ki, hansısa Fetöçü Avni Dəmirçi rahatca gedib Şuşada bank açsın, milyonlar qazansın və sonda o milyonlar kimlərin xeyrinə işləyəcək bəlli deyil.
Ötən dəfə yazdığımız kimi, dünyanın məşhur söz adamlarından biri deyir: ” Dünyanı BANK-lar vasitəsilə Mafiya idarə edir. Və bu sözə görə söz sahibini həbs etdilər.
Yəni bank məsələsinə sadə baxmaq olmaz.
Bəli, BANK-lar sizə adi görünməsin. Bu gün dünyada BANK-lar əsas söz sahibidir. Bu gün dünyanın idarə olunmasında ağırlıq mərkəzi bankların üzərinə düşür.
Son 20-30 ildə ölkəmizdə şəxsi banklar yağışdan sonra göbələk kimi artır. İramisin bankı, Ziyanın bankı, nə bilim Fatmagülün bankı və Fetonun bankı…
Bu bankların çoxu çirkli pulların yuyulması üçündür.
Biz özəl bankların faydasını inkar etmirik. Ancaq bankların fəaliyyətinə ciddi nəzarət olunurmu ?
Görəsən, Mərkəzi Bankımızın şefi Elman Rüstəmov bu barədə nə düşünür ? Ümumiyyətlə, düşünürmü ?
Ziraatbankın keçmişi və bu günü ilə bağlı onu deyə bilərik ki, Osmanlı Türkiyəsindən qalma, 163 yaşlı bankın Azərbaycan bölməsi 2014-cü ildə fəaliyyətə başlayıb.
Bank, Elman Rüstəmovun 30 dekabr 2014-cü il tarixində verdiyi 255 saylı lisenziya əsasında fəaliyyət göstərir.
Artıq şərhə ehtiyac varmı ?
Mətbuatın işi problem icimailəşdirməkdir. Qalanı dövlət qurumlarının işidir. Qoy, Sumqayıtda saqqal iclaslarına nəzər salsınlar.
 //gundelik-baku.com//