backend

GORANBOYDA SAXTA "QAZİ" ANAR SÜLEYMANOVUN YENİ "ŞANTAJ" OLAYLARI

Goranboy rayonunda özünü qazi adlandıran ancaq həqiqətdə isə sadəcə şantaj və çirkin əməllərlə məşğul olan Anar Süleymanov sözün hər mənasında Goranboyda "at" oynadır. Heç bir qanun, heç bir qaydalara əməl etməyən saxta qazi adıyla insanlara xüsusi ilə də sadə və kasıb ailələlərə qan udduran Anar Süleymanovun daha bir oyunuda "şantaj" etməkdir. Öz çirkin əməllərinə son qoymayan şantajçı Anar Süleymanovun yeni hədəfi isə imkansız ailələrin övladlarıdır. Sübut üçün bildirək ki, iki imkansız ailənin uşağının şəklini çəkərək onları şantaj edən Anar Süleymanov çəkdiyi şəkilləri istədiyi kimi montaj edərək onları yayacağı ilə hədələyir, onların həyatları, gələcəkləri ilə oynayır. Kasıb iki ailənin vəziyyətindən istifadə edən Süleymanov şəkillərin müqabilində onlardan pul tələb edir. Görünən odur ki, Anar Süleymanova nə dur deyən var nə də durduran. Babası Səyyad kişiyə güvənib istədiyini edən Süleymanov bu hərəkətləri ilə kimlərinsə işinə yarayır. Əgər belə olmasaydı yəqin ki, indiyə qədər bu qədər saxta qazilik və şantajla məşğul olan Anar Süleymanovun əməlləri ört-basdır olmazdı. Anarın və onun qardaşının ləyaqətsiz əməllərindən zərərçəkmiş insanlar yaramaz yığmalardan qorumaq üçün dəfələrlə hüquq- mühafizə orqanlarına müraciət ediblər. Ancaq hələlik dəyişən heçnə yoxdur. İndi insanların tək ümid yeri var oda oturub gözləmək. Belə çıxır ki, əgər qanun çərçivəsində Süleymanov və ona havadarlıq edənlərə qarşı ciddi tədbir görülməsə onlar öz çirkin əməllərindən çəkinməyəcəklər. İndi vay kasıb ailələrin halına. Tək çarə hüquq-mühafizə orqanlarının bu işi hüquqi müstəvidə həll edərək kasıb ailələrə qan uduran Anar Süleymanovu layiq olduğu cəzaya çatdırmaqdı.Hər halda bu acizyana istəy güc strukturlarının və adiyyəti dövlət orqanlarının heç də aciz qalacağı bir durum olmasa gərək. İnanırıq ki, tezliklə bu məsələ də öz həllini tapacaqdır.

Mövzuya qayıdacağıq...