backend

Salyanın icra başçısından əndrəbadi hərəkət

Salyanın icra başçısından əndrəbadi hərəkət


















Tahir Kərimov müavinini işdən çıxarmaq üçün ona qarşı mətbuatda kampaniya təşkil etdiribmiş

Salyanın icra başçısı Tahir Kərimovla bağlı olduqca maraqlı bir məlumat ortaya çıxıb. Demə icra başçısı rayonda bəzi vəzifə sahiblərini görəvlərindən almaq üçün birbaşa üzərinə getmir. Bunun üçün o, yaxın adamları vasitəsi ilə məlumatları mətbuata çıxararaq, əvvəlcə onun haqqında mənfi rəy yaradır, daha sonra isə həmin məmuru yanına çağıraraq, yerinə başqasını təyin edəcəyini bildirir.

Məlumatlarda vurğulanır ki, bu, Tahir Kərimovun köhnə taktikasıdır və bundan hələ Daşkəsəndə icra başçısı olan zaman geniş istifadə edib. Mənbənin bildirdiyinə görə, rayonda ilk belə «əməliyyat» icra başçıının aqrar məsələlər üzrə müavini Sabir Rəhmənova qarşı həyata keçirilib.

Ötən ilin yayından etibarən onu işdən çıxarmaq istəyən Tahir Kərimovun bir neçə dəfə planları alınmayıb.Çünki Rəhmənov da zəif adam sayılmır və onun rayonda olan nüfuz, habelə böyük sərvətə sahib olmaları icra başçısını bir qədər geri addım atmağa vadar edib. Məlumata görə, Kərimovla Rəhmənov arasında kəskin münasibətlər bu gün də davam edir və birinci əlverişli fürsət gözləyir ki, müavinini işdən çıxarsın.

Tahir Kərimov son günlər eyni taktikanı Salyan Mərkəzi Xəstəxanasının baş həkimi Hüseynağa Həsənova qarşı həyata keçirir. İddiaya görə, icra başçısı mətbuata məlumatları məqsədli şəkildə sızdıraraq, baş həkimin haqqında mənfi rəyi yarada bilib. Lakin müavinində olduğu kimi, Həsənov məsələsində də işləri daşa dirənib. Çünki Salyanın baş həkimi heç də zəif fiqur deyil və onun belə mühüm posta təyinat almasında nazirlərdən birinin rolu olub.

Məlumatlarda o da deyilir ki, Tahir Kərimov həmçinin yerli Suvarma, Meliorasiya və digər sahələrdə çalışanlara qarşı da eyni addımları ataraq, onları «zərərsizləşdirməyə» çalışıb. Bəzən bu planı alınıb, bəzən isə alınmasa da maddi baxımdan icra başçısına xeyir gətirib.

Salyanda boruları «makaron» kimi «yeyən» idarə müdiri

Salyanın icra başçısından əndrəbadi hərəkət



















Regional Qaz İstismarı İdarəsinin rəhbəri Xəyyam Rzayev SOCAR-da işləyən əmisi və polisdə işləyən qohumu vasitəsi ilə qaz və su borularını çıxardaraq satır

Salyan Regional Qaz İstismarı İdarəsinin müdiri Xəyyam Rzayevlə bağlı olduqca maraqlı məlumatlar yayılıb. Rzayev idarə müdirliyindən əlavə, həm də boru alveri ilə məşğul olurmuş.

Qeyd edək ki, hələ Sovet dönəmində Salyan rayonu tam qazlaşdırılmış yaşayış məntəqəsi olub. Bəzi statistik rəqəmlərdən belə başa düşülür ki, həmin dövrdə rayonda qaz kəmərlərinin ümumi uzunluğu bir neçə min kilometrə çatırmış. Hazırda isə o borulardan əsər-əlamət belə qalmayıb və bütün dəmir ləvazimatların hamısı yerdən çıxarılaraq satılıb. Bu barədə jam.az da məlumat verib. Qeyd olunur ki, sonuncu partiya bir həftə bundan əvvəl diametri 100 mm olan boruların çıxarılaraq, yük maşınları ilə Bakıya göndərilib.

Mənbənin iddiasına görə, həmin boru alverinə məhz regional idarənin müdiri Xəyyam Rzayev rəhbərlik edir. Onun xüsusi dəstələri boruların yerləşdiyi ərazilərə gedir, briqadaları dəmirləri yerdən çıxarıb, sonra da maşınlara yükləyərək lazım olan ünvana göndərirlər. O da qeyd edilir ki, Rzayev bu posta təyinat almamışdan əvvəl Salyan rayon Qaz İstismarı və Satışı İdarəsinin müdiri vəzifəsində çalışıb. Onun fərasətli boru alverçisi olduğunu görərək, regional idarəyə rəis təyin ediblər.

X.Rzayevin belə yüksəlişinə səbəb heç də özünün fərasəti deyil, həm də əmisi və yaxın qohumunun ona yardımçı olmasıdır. Belə ki, SOCAR-da yüksək vəzifə tutan Ağasəf Rzayev qardaşı oğlu X.Rzayevi belə vəzifəyə dartıb. Salyanda isə gördüyü işlərə göz yuman və ona bütün dəstəyi verən isə polis orqanlarında çalışan polkovnik rütbəli zabitdir. O da iddia edilir ki, sözügedən polkovnik rütbəli polis boruların kəsilməsindən tutmuş, onun Bakıda ünvanına çatdırılmasına qədər bütün prosesi nəzarəti altında saxlayır.

Məlumatlara görə, Xəyyam Rzayev Salyan Qaz İdarəsinin müdiri olan zaman rayondakı bütün qaz borularını satdırdığından, artıq orada belə bir nəsnə qalmayıb. Ona görə də, əmisi onu Regional İdarəyə rəis təyin etdirib ki, əvvəlki əməllərini daha geniş miqyasda həyata keçirsin. Məsələn, Rzayevin «boruyeyən» briqadası hal-hazırda İmişli və Sabirabad rayonlarında yerdən dəmir boruları çıxararaq, satmaqla məşğuldurlar. Regional İdarəsinin müdiri işi o həddə çatdırıb ki, su borularını da kəsdirərək, satmaqla məşğuldur. Bütün bu deyilənlərlə Salyanın icra başçısı Tahir Kərimovun nə dərəcədə əlaqəsi olduğunu növbəti araşdırmamızda bəhs edəcəyik.

Sadiq