backend

Qısqanc sevgilisini ayağı ilə boğub öldürdü – Bakıdakı qətlin təfərrüatı

Bakıda qeyri-rəsmi münasibətdə oluğu qadını qətlə yetirməkdə təqsirli bilinən Fərhad Şaqalıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Hadisə Sabunçu rayonunda baş verib. Rayonun Bakıxanov qəsəbəsi, Əli Babayev küçəsi ev 3, mənzil 4 ünvanında yaşayan 1982-ci il təvəllüdlü Sadıqova Gülnarə Tarıs qızı qeyri-rəsmi nikahda yaşadığı 1968-ci il təvəllüdlü Şaqalıyev Fərhad Cənnət oğlu ilə mübahisə edib.

Mübahisə zamanı F.Şaqalıyev qadına təpiklə zərbələr vurub. Sonra isə qadının boğaz nahiyəsinə zərbələr endirib. G.Sadıqova sonuncu zərbədən sonra hadisə yerində dünyasını dəyişib.

F.Şaqalıyev Sabunçu RPİ-ə gedərək könüllü təslim olub.

İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Fərhad Şaqalıyev ifadəsində bildirib ki, xırda sabihkarlıqla məşğul olub. Eyni zamanda fərdi yaşayış evləri tikib satmaqla ailəsini dolandırıb. Təxminən 4-5 il əvvəl Gülnarə Sadıqova ilə tanış olub. Arvadından boşanmadan Gülnarə ilə dini kəbin kəsdirib. Rəsmi nigahda olan həyat yoldaşına tez-tez deyib ki, rayonda sifarişçilər üçün ev tikir və ona görə orda yaşamalıdır.

O, vaxtının çox hissəsini Gülnarə ilə keçirib. Onunla birlikdə İrana və Gürcüstana gedib.

Hadisədən 1 ay əvvəl onlar Bakıxanov qəsəbəsində yaşamağa başlayıblar. Gülnarə ona ev tikdirmədiyi həmçinin qısqandığı üçün aralarında tez-tez mübahisələr baş verib.

Hadisədən bir gün əvvəl Fərhad sərxoş vəziyyətdə evə gəlib. Evə gec gəldiyi üçün Gülnarə onunla dava etməyə başlayıb. Fərhad qadını itələdikdə Gülnarə yerə yıxılıb qolunu əzib. Bua görə onu 3 saylı xəstəxanaya aparıb. Orada ona tibbi yardım göstərilib və qoluna sarğı qoyulub:

“Yeyib içib gəlmişdim başladı deyinməyə. Dedim ki, elə deyil başladı mənə əl atmağa məndə itələdim yıxıldı. Yıxılanda əli altında qaldı dedim yəqin sındı. Sonra taksi çağırdım apardım xəstəxanaya”.

Hadisə baş verən günü rəsmi ailəsinin yanında olan zaman Sadıqova zəng edib narazı şəkildə harda olması barədə marağlanıb və onu evə çağırıb. Fərhad evdən çıxandan sonra Elman adlı dostu ilə görüşüb. Axşam saat 6-ya kimi onunla kafedə spitli içki qəbul ediblər.

Evə qayıdanda Gülnarə onunla aqressiv şəkildə danışdığı üçün qadını sifətindən vurub. Sonuncu yataq otağında çarpayı ilə skaf arasında yerə yıxılıb:

“Çox qısqanırdı məni. Onun üstündə aramızda həmişə mübahisə olurdu. Elə həmin gündə aramızda mübahisə düşdü mən buna bir şillə vurdum yıxıldı. Qalxıb ayağa qəndqabının qapağını götürüb mənə tərəf atanda bir dənə də vurdum bir də yıxıldı. Ayağımı ağzına qodum ki, danışmasın. Bir də gördüm ki, hərəkətsizdi. Dedim yəqin özündən getdi”.

Fərhad Şaqalıyev ifadəsinin davamında bildirib ki, ayağını həmin vəziyyətdə təxminən 1 dəqiqə saxlayıb. Ona hansı qüvvə ilə təsir etdiyini anlamayıb. Hamam otağına gedin əllərini su ilə isladıb və qayıdıb ayılması üçün Sadıqovaya bir neçə şillə vurub. Qadın tərpənmədiyi üçün keçindiyini başa düşüb. Onu üzü üstə çarpayıya uzadıb otağın pənçərəsini və qapısını bağlayıb marketə gedib. Evdə olan Gülnarənin oğlu Anar həmin vaxt yatıb. Fərhad onun oyanıb meyiti görəcəyini düşünüb dərhal mənzilə qayıdıb. O, uşağa anasının evdə olmadığını deyib. Onunla birlikdə polis idarəsinə gedərək törətdiyi cinayət barəsində məlumat verib və könüllü təslim olub.

Məhkəmə prosesi zamanı Fərhad Şaqalıyev ittiham üzrə özünü qismən təqsirli bilib.

Sonda məhkəmənin hökmü ilə Fərhad Şaqalıyev CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 17 il müdətinə azadlıqdan məhrum edilib.