backend

İstanbulda azərbaycanlı sürücü güllələndi - VİDEO

Ötən gün Türkiyənin İstanbul şəhərində, Küçükçekmece ərazisində şəxsiyyəti məlum olmayan iki nəfər motosikletlə qırmızı işıqda dayan avtomobilə odlu silahdan atəş aşıb.

Türkiuə KİV-i xəbər verir ki, hadisə yerli saatla 22:00-da baş verib.

İddiaya görə motosikletlə gələn iki şəxs Yurtkur küçəsində qırmızı işıqda gözləyən Azərbaycan vətəndaşının idarə etdiyi 34 MM 4083 seriya nömrəli ticarət məqsədilə istifadə olunan maşına atış açıb.

Hadisə nəticəsində şəxsiyyəti müəyyənləşdirilməyən sürücü yaralanıb, həmin anda avtombildə olan qadın xəsarət almayıb.

Hadisəni törədən şəxslər qaçaraq ərazidən uzaqlaşıb. Sürücünün həyati təhlükəsinin davam etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

<embed width="640" height="360" src="https://player.olke.az?v=1197&share_user_id=" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></embed>