backend

"Körpü otel"də NƏ BAŞ VERİR?

Keşlə bazarı kimi tanınan ərazidən Dərnəgül istiqamətində gedəndə ,"Cermet körpüsü"nün yanında yerləşən , "Körpü otel"ə baş çəkdik.

Giriş qapısı xüsusi mühafizə olunan dövlət əhəmiyyətli binaların giriş qapısı kimi, kənar müdaxilələrə cavab verə biləcək qoruyucu dəmir darvaza və girişin sol cinahında NMB postu mövcud idi.

Ərziya daxil olan kimi , NBM postundan 2 nəfər gənc çıxaraq bizi xoş üzlə qarşıladı.İlk sualimiz bu oldu.

-Fəaliyyət göstərirsinizmi?

Gənclərdən biri cavab olaraq bildirdiki bəli.

Təbbi ki, qitmətlər hansı civarlar arasında dəyişir sualını verdik.

Həmin gənc bildirdi ki , axşam saat 21:00- dan , səhər saat 09:00-dək 60-70 AZN, 5-6 saat müddətə qonaq qəbulu 25-30 AZN təşkil edir.

"Mən bir ay öncə qeyri rəsmi münasibətdə olduğum xanımla "Körpü Hotel"də oldum. Bizdən nə şəxsiyyəti təsdiq edən sənəd, nədə ki, nigah haqqında şəhadətnamə tələb olunmadi."(Adının cəkilməsini istəməyən şikayətci)

Vəsiqəni gənclərə təqdim edib jurnalist kimi bizə adının çəkilməsini istəməyən vətəndaşın müraciətini araşdırmaq üçün Hotel rəhbərliyi ilə görüşməyi xahiş etdim.

Hacı adlı gənc bildirdi ki, bizim rəhbərlik göstəriş verib ki, əraziyə jurnalist ayağı dəyməsin. Haci ardınca dərhal Hotel rəhbəri Amil bəyin nomrəsini təqdim etdi.

Çox nəzakətli bir formada Amil bəyə jurnalist olduğumu deyəndə, qarşı tərəf əsəbi formada "məni narahat etməyin" deyə telefona "odboy" elədi.

Sizə Amil bəyin şəxs mobil nömrəsi və "Körpü Hotel"in vətəndaş Asiman tərəfindən bizə təqdim etdiyi çöl görüntüləri təqdim olunur.


Amid ASLANOGLU.
Qaynarxett.az