backend

"Meqa Sigorta" vətəndaşı necə aldadıb? - ŞOK FAKTLAR

Qaynarxett.media: Bakı şəhəri, Nərimanov rayon Ə Rəcəbli ücəsi, ev 5B, 2 saylı Texniki Peşə Məktəbində məskunlaşmış Aslanov Amid Aslan oglu "Meqa Sığorta"dan şikayət edir. Sikayətci yazır:

"Təxminən 3 ay öncə 10-RF-956 dövlər nömrə nişanlı, şəxsi "Mersedes Benz" avtomobilimlə hərəkətdə olarkən , Montin ərazisində , "Opel" markalı bir nəqliyyat vasitəsi yolun qadağan olunmuş hissəsində geri manevr edərkən mənim nəqliyyat vasitəsini güclü formada sol hissədən vuraraq yararsız hala salmışdır. Qəza zamanı əraziyə DİN-nin əməkdaşları gəlmiş və müvafiq araşdırma apardıqdan sonra, qərar qəbul edilmişdir ki, qarşı tərəf mənim şəxsi nəqliyyat vasitəmi təmir etdirməlidir. Səhər qayisindan Polis mayoru Bəxtiyar müəllimin apardığı ədalətli araşdırma nəticəsində, yekun qərar bu cür qəbul olunmuşdur ki, mənim nəqliyyat vasitəmi vuraraq qəza şəraiti yaratmış, "Opel" markalı nəqliyyat vasitəsinin sığortası, yeni "Meqa Sigorta" mənim nəqliyyat vasitəsini təmir edəcək.

Mən Şəki restoraninin dairəsində yerləşən "Meqa Sığorta"nın Baş İdarəsinə gedərək Tamara xanım adında bir şəxslə görüşdüm.Tamara xanım mənə səhv etmirəmsə Dəmir Bank plastik kartı təqdim edərək, bildirdi ki, həmin kartın içərisində 1900 AZN məbləg mövcuddur. Və bildirdi ki, həmin kartı Meqa Sigorta ilə müqavilə əsasında əməkdaşlıq edən Servisdə Mübariz adlı şəxsə təqdim edim.

Həmin gün mən Nizami rayonu, Çobanzadə küçəsində yerləşən Servisə gedərək Mübariz adlı şəxslə tanış oldum və kartı ona təqdim etdim.
Mübariz bəy bildirdi ki, Sığorta şirkəti tərəfindən Sizin nəqliyyat vasitəsi üçün ayrılan maddi vəsait yetərincə olmadığı üçün və Sizin nəqliyyat vasitəsi ideal vəziyyətdə olması üçün, sığorta şirkətinin xəbəri olmadan mənə əlavə 250 AZN pul verəcəksiniz. Təbii ki, mən həmin məbləği, Lider TV-nin jurnalisti yaxın dostum Sevda xanımin şahidliyi ilə Mübariz bəyə təqdim etdim.

2 ay süründürməçilikdən sonra Mübariz bəy mənə zəng edərək bildirdi ki, nəqliyyat vasitəsi hazırdır, gəlin təhvil alın.
Mən əraziyə gedib Nəqliyyat Vasitəsini təhvil alarkən əlavə olaraq 80 AZN Mübariz bəyə pul verdim.Cunki Mübariz bəy bildirdi ki, nəqliyyat vasitəsi rənglənərkən mal-materiala əlavə xərc çəkib.

Nəqliyyat vasitəsi ilə Babək prospekti istiqamətində hərəkət edərkən müşahidə etdim ki, nəqliyyat vasitəsi təmamilə yararsız və təhlükəli vəziyyətdədir. Yolun sağ cinahında nəqliyyat vasitəsini saxlayaraq ustaları nəqliyyat vasitəsinə baxmaq ücün dəvət etdim.( Yerini və şəxsləri göstərə bilərəm). Həmin şəxslər nəqliyyat vasitəsinə baxdıqda məlum oldu ki, nəqliyyat vasitəsinin 4 ədəd diski təkərinə ümumiyyətlə əl dəyilməyib. Həmin ustalar yerində mənə məxsus nəqliyyat vasitəsinin bütün disk və təkərlərini sökərək 4 saata təmir etdilər. Mən həmin gün orda ustalara 550 AZN pul verdim.

Və nəqliyyat vasitəsinin qabaqa ovrisovkasini yenilədim.Yasadigim yerə gəlib nəqliyyat vasitəsinə baxış keçirərkən məlum oldu ki, nəqliyyat vasitəsinin üstündə olan, orginal Almaniyadan gəlmiş, təkər açarı yoxdur. Mən Mübariz bəyə zəng edib açar hardadır deyəndə ilk olaraq boynuna almasa da, (səs yazısı var) sonradan bildirdi ki, gəl acari apar. Təbii ki, mən əlavə vaxt, maddi vəsait itirərək gedib açarı alanda gördüm ki, acar həmin açar deyil. Mən söhbəti boyutmədən oranı tərk etdim.

Həmin 10-RF-956 dövlət nömrə nişanlı avtomobilimi, yaxın dostum olan İmişli Polis idarəsinin polis nəfəri , İmişli rayon polis idarəsinin rəis sürücüsu Ülviyə 7000 AZN məbləğə satdım. Ulvi nəqliyyat vasitəsini İmişli şəhərində ustalara yoxladarkən məlum olub ki, qiyməti 900-1400 AZN civarında dəyişən , nəqliyyat vasitəsinin (Katalizatoru) sökülərək yerindən çıxarılıb. Ulvi bu barədə mənə məlumat verən kimi, mən Mübariz bəyə zəng etdim (səs yazısı var), açar məsələsində olduğu kimi Mübariz yenə inkar etsə də, dedi gəl söhbət edək. Mən əraziyə gedənə kimi Mübariz fikrini dəyişərək mənə bildirdi ki, Sizin nəqliyyat vasitəsində katalizator yox idi. Mən ona sual verdim ki, Siz mənim nəqliyyat vasitəsinin altını yox, üstünü təmir edirdiniz nə bildiniz ki, orda kotalizator yoxdur?

Mübariz bəy bildirdi ki, 96-çi ilin Alman maşınlarında katalizator olmur. Mən gördüm ki, Mübariz bəy bilmir nə danışır. Mən DİN-nin 102 qaynar xəttinə zəng edib baş vermiş hadisələr barədə onlara bildirdim.

Nizami rayon 25-çi polis idarəsinə dəvət olundum və ərizə izahat yazdım. Yekun olaraq polisdən mənə bildirildi ki, məhkəməyə müraciət edim.
Təbii ki, mənim məhkəməyə müraciət etmək vətəndaş hüququmdur. Əgər Sizin də, köməyiniz olmasa mən aidiyyəti üzrə güc strukturlarina müraciət edəcəm.

Xahiş edirəm mənə dəymiş maddi ziyan Meqa Sigorta və yaxud onların əməkdaşi Mübariz bəy tərəfindən özümə qaytarilsin.
Ümumi maddi ziyan: 900 AZN katalizator, 250 AZN şirkətdən gizlin yolla məndən alınan 250 AZN ,
Və nəqliyyat vasitədinə çəkdiyim 800 AZN , özümə bu gün geri təhvil verilsin.
Ümumilikdə mənə dəymiş maddi ziyan 1950 AZN təşkil edir. Xahis edirəm Meqa Sigorta və Mübariz bəy müştərək qaydada həmin məbləği mənə dəymiş maddi ziyanı mənə geri ödəsinlər."

Hesab nömrələrim Sizə təqdim olunur.
Paşa Bank əmək haqqı kartı ( 5103064745259102)

Kapital Bank ( 4169737709110205"

Qaynarxett.az