backend

Azərbaycanda pambıqçılığın BELİNİ QIRANLAR - ŞOK FAKTLAR

QAYNARXETT.MEDİA: Sabirabad rayon Axtaci Pambıq zavodunun rəhbəri Yunus Gözəlov həmin zavodda təxminən 400.000 AZN ( dörd yüz min manat) yeyinti etdiyi üçün ötən il vəzifəsindən kənarlaşdırılıb və hazırda Azər Pambıq deyilən pambıqciliq şirkətində müdir müavini vəzifəsində çalışır.

Mənbə iddia edir ki, Yunus Gözəlov Sabirabad rayon Axtaci Pambıq zavodunda zavoda vurduğu 400 min manat maddi dəyəri auidit rəyi olmasına baxmayaraq bu günə kimi "MKT" MMC pambıq şirkətinin xəzinədarlıgina geri ödəməyib.

Sual yaranır: Yunis Gözəlov zavodda tutduğu vəzifənin təlimatına əsasən maddi məsul şəxs hesab olunur. Nə üçün bu adam "MKT" MMC şirkətinə dəymiş maddi ziyanı ödəmədən işdən rahatlıqla aralanıb və digər bir pambıq şirkətində məsul vəzifəyə təyin olunub.

"MKT" MMC-nin yeni təyin olunmuş rəhbəri Rövşən Həsənovla , Yunis Gözəlovun qardaşı Saatlı Pambıq Zavodunun direktoru Çingiz Gözəlovu bağlayan tellər nədir?

Şirkətin Təhlükəsizlik və Daxili Nəzarət Direktoru Elşən Həsənovla , Eldar Cəfərov , Rövşən Həsənov, Çingiz Gözəlovun xidməti münasibətləri hansı maddi maraqlar əsasında "DOSTLUQ" münasibətinə çevrilib?

Beyləqan rayon pambıq zavodunda, Tavravet Ələsgərin (pambıq müdiri Rəşidin yaxın dostu , Azarin qardaşı) 40 min manat yeyintisini, İstehsalat vaxtı işçinin ölməsini, digər işçinin qolunun kəsilməsini pambıq zavodunun direktoru Rəşid müəllim kimin əli qaydasına sala bildi?

Yenə 
də yəqin ki, Rövşən Həsənov pul qarşılığında Rəşid bəyin səhlənkar rəhbər olduğunu ört basdır edib onu barmaqlıqlar arxasına düşməkdən xilas etdi.

Eldar Cəfərov, Rövşən Həsənov, Elşən Həsənov triyosu nə üçün 2017-2018 çi ildə Təcrübəli pambıq bəylərinin ( Sədafər bəyin) rəsmi və qeyri rəsmi müraciətlərinə məhəl qoymayaraq , İmişli İnnovasiya , Saatlı İnnovasiya , Beyləqan İnnovasiyada 100 minlərlə hektarda" Soya " bitkisi əkdirərərək " MKT" şirkətinə milyonlara ziyan vurdular.

2017-2018 çi ildə Masalllah Tağıyev və İngilis vətəndaşı Vilyam nə üçün Qəbələ rayon Qaş kəndində 43 dərəcə istidə on hektarlarla ərazidə min bir əziyyətlə becərilən kartof bitgisini, traktorla sumun üzünə çıxardaraq yandırıb, Qəbələ Konserv zavodunda soyuducuya vurdurararaq su etdilər?

İmişli İnnovasiya, Beyləqan İnnovasiya , Saatlı İnnovasiya və digər Müasir suvarma sistemi sayılan 22 başlı Pevod kabelləri nə üçün Sədərək Ticarət mərkəzindən metresi 3-5 AZN məbləgə alınmır?

Türkiyə respublikasindan eyni kabelin 1 metri 15 dollara alınıraq + daşınma pulu, kimlərin marağına xidmət edir?

Bütün bu saxta əməllər, yeyinti və mənimsəmələr barədə növbəti yazımızda tanış ola bilərsiniz. BİZİ İZLƏYİN!

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Qaynarxett.az