backend

Ermənistan əhalisinin üçdə biri yoxsulluq həddində yaşayır - HESABAT

Ermənistan əhalisinin üçdə biri yoxsulluq həddində yaşayır - HESABAT






















Ermənistan Statistika Xidməti ölkədəki sosial durumla bağlı acınacaqlı hesabat yayıb

qaynarxett.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hesabatda Ermənistan əhalisinin 32 faizinin, yaxud 967 min nəfərin kasıblıq həddində yaşadığı göstərilib. Belə ki, həmin vətəndaşların aylıq gəlirləri 39 min 193 dramdan (64,6 manat) artıq deyil. Halbuki, ölkədə kasıblığın minimal həddi 39 min 318 dram (64,8 manat) müəyyən olunub.

Ermənistan əhalisinin 13,3 faizinin gəlirləri 39 min dramdan azdır. Əhalinin 2,7 faizi isə ifrat yoxsul hesab olunur. Çünki onların gəlirləri ayda 38 manatdan azdır.

Rəsmi Yerevan hər il yoxsulluğa və ifrat yaoxsulluğa qarşı 18,5 milyon dollar vəsait ayırsa da, əhəmiyyətli dəyişikliyə nail olmayıb.

Statistika Xidməti kasıblıqla bağlı hesabatı 5 min təsərrüfatda keçirdiyi sorğunun əsasında hazırlayıb.