backend

Ucarda "Nur" marketi kassa aparatından istifadə ETMİR - Verdi nümayəndəri hara baxır?

Salam hörmətli redaksiya.

Güc strukturlarinin birində aktiv xidmətdə olan yaxın dostlarimdan biri mənə xidməti fəaliyyətim barədə ciddi irad tutdu. Dedi, sən hara baxırsan ki, Ucarın mərkəzində illərdir fəaliyyət göstərən "Nur" market kassa aparatından istifadə etmədən vergidən yayınır.Taniyanlar məni tanıyır ki, harda oluramsa olum, harda isləyirəmsə işləyim əmək müqaviləsi üzrə müəyyən olunmuş vəzifə öhdəliklərini layiqincə və vicdanla yerinə yetirirəm. Umimi maraqları şəxsi maraqlardan üstün tuturam.

Bakıdan təşrlif buyurdum Ucar şəhərinə. Marketdə apardığım çəkiliş, gördüklərim mənə daxil olan faktların təsdiqini tapdı. Axı, mayor adamdı, niyə yalan desin ki ?

Ərazi üzrə Dövlət tərəfindən təyin olunmuş, hər ay dövlət büdcəsindən əmək haqqı alan verdi nümayəndəri hara baxır?
Yoxsa, rüşvət bunlarındami gözünü tutub?.

Video montaj olunduqdan sonra dərc ediləcək.

Araşdırma davam edir.

Amid ASLANOGLU