backend

Salyan icra başçısının oğlu 1 milyon dollar zərər etdi

Salyan icra başçısının oğlu 1 milyon dollar zərər etdi















Tahir Kərimovun oğlu Həmzə Kərimovun dərman sektorunda qurduğu iş iflasa uğrayıb

SOCAR-ın Rumıniyadakı nümayəndəsi, Salyan rayon İcra Hakimiyyəti başçısı Tahir Kərimovun oğlu bir neçə il bundan əvvəl qurduğu biznesi iflasa uğrayıb. Həmzə Kərimovun batan biznesi onun səriştəsizliyinin qurbanı olub.
Məlumatlı mənbənin sözlərinə görə, Rumıniyadakı dərman zavodları ilə sıx əlaqə quran oğul Kərimov bir müddətdən sonra Azərbaycana dərman pereparatlarının idxalına başlıyb. Azərbaycandakı dərman bazarından xəbəri olmayan, yalnız tanışları vasitəsi ilə bu işi quran sözügedən şəxs bir ildən çox prosesi davam etdirir. Bu yaxınlarda isə məlum olub ki, Həmzə Kərimovun Bakıya göndərdiyi dərman pereparatları aşağı keyfiyyətli olmaqla yanaşı, həm də lazımi bazar tapa bilmədiyindən anbarlarda yığılıb qalıb. Üstəlik, bu zaman icra başçısının oğluna dəyən zərərin bir milyon dollara yaxın olduğu iddia edilir.
Mənbənin sözlərinə görə, Həmzə Kərimov bununla əlaqədar təcili Bakıya gələrək, vəziyyəti düzəltməyə çalışsa da, bir nəticə hasil olmayıb. Üstəlik, söhbətin üzəri açılacağı təqdirdə SOCAR-la arasında problem yaşanacağı istisna edilmir.
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.(jam.az)

Salyan icra başçısının oğlu 1 milyon dollar zərər etdi