backend

Şəhid övladlarının ayaqyolundan istifadə etmək üçün "Şöhlət oğlu" ailəvi istirahət mərkəzinə müraciət etməsi və onlara icazə verilməməsi öz əksini tapıb

Bia.az-ın məlumatına görə, Bəzi media saytlarında istirahət guşəsindən qayıdan şəhid övladlarının ayaqyolundan istifadə etmək üçün "Şöhlət oğlu" ailəvi istirahət mərkəzinə müraciət etməsi və onlara icazə verilməməsi öz əksini tapıb. Məlumatda bildirilirki, obyekt rəsmilərinə bu uşaqların şəhid övladları olduqları bildirilsə də yenə müdriyyət razılıq verməyib.
Məsələ ilə bağlı qarşı tərəfin mövqəyini öyrənmək üçün Xeberci.info-nun bölgə muxbiri adı çəkilən istirahət mərkəzində olub. "Şöhlət oğlu"ailəvi istirahət mərkəzinin adminstratoru və digər qarson heyəti belə hadisənin olmasını təkzib edirlər. Onların sözlərinə görə, bu məlumat həmin obyektin nüfuzuna xələl gətirmək üçün hazırlanmış piardır. Əldə etdiyimiz məlumatlara görə, obyekt sahibi Novruz Gülməmmədov 44 günlük II Qarabağ savaşında ordumuza həm maddi həm mənəvi dəstək olmuş, onlara yardımlar etmiş bir şəxsdir. O hətda obyektdə qonaq olmuş qazilərdən, döyüşçülərdən belə pul almayıb. Ümumiyyətlə obyektdə ayaqyolundan istifadə və su içilməsi üçün heç bir vətəndaşa maneçilik edilmir və onlardan hər hansı ödəniş tələb olunmur.
Orada olduğumuz müddətdə istirahət mərkəzində istirahət edən vətəndaşlara göstərilən yüksək qayğı və diqqətin şahidi olduq. Yolla keçən vətəndaşların sadəcə bir neçə dəqiqəlik dayanaraq övladlarının oradaki, atraksionlardan istifadəsinə belə şərait yaradılır. Belə bir obyekt kollektivinin şəhid övladlarına qarşı elə düşüncəsiz mövqe sərgilədiklərinə inanmaq olmur....