backend

Fikrət bəyin cilovlaya bilmədiyi iştahası

Fikrət bəyin cilovlaya bilmədiyi   iştahası
























Bəlkə də kimsə bu açıqlamanı qərəzli açıqlama hesab edər və öz-özlüyündə hansısa düşüncəyə də dala bilər. Amma, əsl həqiqətin mahiyyəti bəlli olanda, hər kəs bilir ki, sadalananlar həqiqətdir və Fikrət Şərifov adlı vəzifə sahibi ən böyük maxinatorlardan biridir

Oxucuların diqqətinə onu çatdırmaq istəyirik ki, bir neçə gün bundan əvvəl informasiya mərkəzimizə daxil olan bəzi məlumatları, xüsusilə Zaqatalanın ayrı-ayrı meşə zolaqlarında onun həyata keçirdiyi maxinasiyalardan bəhs etmişdik. Yazıb bildirmişdik ki, Zaqatala rayon SSİ rəisi Fikrət müəllim iştahasını cilovlaya bilmədiyindən, rəhbərlik etdiyi idarənin balansındakı traktoru günü 400 manata işləmək üçün, rayonun meşə zolaqlarına göndərir. Növbəti addımı uğursuzluğa düçar olsa da, deyəsən o, yenə də iştahasının girovluğundadır.
Belə bir açıqlamanın dərcindən sonra, rayondakı mənbəmiz başqa bir məlumatı da bizimlə bölüşdü ki, bəs qış fəsli gələndən F.Şərifov daim yeni qazanc əldə etməyin axtarışında olub. Belə ki, o, bir neçə gün bundan əvvəl sınıq-salxaq hala saldırdığı traktoru (buldozerli), rayonun “Tarixlər” meşə zolağına da göndəribmiş. Hansı ki, həmin əraziyə Rəfael adlı meşə gözətçisi nəzarət edir. Bundan başqa, həmin traktorun Mahmudun nəzarət etdiyi meşə zolağına da yol açmaq üçün göndərildiyi bildirilir. Diqqətiçəkən hal odur ki, günü 400 manata göndərilən traktor (buldozerli), meşə zolaqlarının daha ucqar ərazilərində yol açır. Yəni, elə bir ərazilərdə ki, həmin ərazilərdə meşə zolaqları əlçatmaz olur və kəsilməsi qadağan olunan ağac növlərindən, yalnız material hazırlamaq məqsədilə istifadə olunur.
Bu zaman sual oluna bilər ki, ay Fikrət müəllim siz belə bir addımı atmaqla, ekologiyamızın məhvinə şərait yaratmırsınızmı? Əlbəttə ki, yaradırsınız! Bəs bir müddət bundan əvvəl möhtərəm prezidentimiz cənab İlham Əliyev keçirilən məlum müşavirədə, təkrar ekoloji problemlərin varlığına toxundu və birmənalı şəkildə tapşırıqlarını da verdi. Bəyəm siz həmin tapşırığı eşitmədinizmi ki, əlçatmaz meşə zolaqlarında yol açdırmaqla, ekologiyamızın məhvinə hökm verirsiniz?
Mənbə onu da bildirir ki, Fikrət müəllim əldə etdiyi qazancı təkcə buldozerli traktorları işlətməklə əldə etmir, digər markalı traktorların vasitəsilə də əldə edir. Məsələn, idarənin balansında olan müxtəlif markalı traktorlar (ekskvatorlar), əksər hallarda kənar şəxslərin şəxsi işlərini görmək üçün də göndərilir. Məsələn, kiminsə həyət-bacasında quyu qazmaq, yaşayış evi və digər məqsədlər üçün inşa olunan tiklilərin özülünü qazmaq, şeben və yaxud torpaq yükləmək və.s kimi işləri görmək lazımdırsa, bu zaman Fikrət müəllimin sadəcə “dobro” deməsi kifayət edir.
İndi hər kəsə az-çox bəlli olur ki, Fikrət müəllim bu qış günündə qazancı hansı yollarla əldə edir, idarəyə verilmiş yanacağın, sürtkü yağının, müxtəlif detalların “altından necə girib üstündən də çıxmağı” bacarır. Hətta, yeri gələndə bir stəkan “sərin su” içməyi də bacarır.
Bütün bu kimi səbəblər üzündəndir ki, o, daima media təmsilçilərindən “qaçaq” düşür və səhər-səhər iş otağına daxil olan kimi giriş qapısını möhkəmcə bağlayır. İdarəçilik məsələsinə gəlincə isə, hər kəsin görəcəyi işlər, alacağı tapşırıqlar daxili telefon vasitəsilə ünvan sahibinin diqqətinə çatdırılır.

Hörmətli oxucular! Növbəti açıqlamamız F.Şərifovun həyata keçirdiyi “layihələr”in mahiyyətindən, idarədə saxladığı “ölü canlar”ın siyahısından və digər olaylardan olacaqdır. Bizi izləməyi unutmayın!

“Qulaqburması”