backend

Dələduz sədr bank aldı, daha iki rayonda etiraz qalxdı

Dələduz sədr bank aldı, daha iki rayonda etiraz qalxdı















Dələduzluğa görə həbs edilən Vüqar Hüseynovun şirkətlərində çalışanlar çıxılmaz vəziyyətə düşüb. “Qala” Beynəlxalq Mühafizə Xidməti və “Azər mühafizə” MMC-də işə düzəlmək üçün depozit qoyanlar vəziyyətdən çıxmağa çalışırlar

Qaynar.tv xəbər verir ki, yanvarın 23-də ölkənin iki bölgəsində bu şirkətlərin filiallarında işləyənlər aksiya keçirib. Qazaxda “Azər mühafizə” MMC əməkdaşları, Tərtərdə isə “Qala” BTX tərəfindən pulu mənimənilənlər ayağa qalxıb.

Hər iki şirkətdən zərərçəkənlər V.Hüseynovu ittiham edirlər. Baş Prokurorluq tərəfindən barəsində cinayət işi açılaraq qandallanan firmaların rəhbəri işçilərini pulsuz qoyub.

Qazaxda etiraza qalxanlar Şabranda ilk olaraq başlanmış etirazlarda iştirak edənlərdən fərqli söz deməyib. Onlar ayrı-ayrılıqda 1000-1500 manat civarında depozit qoyub, lakin maaşlarını ala bilməyib.

Tərtərdəki şirkətdə çalışanlar da eyni aqibətlə üzləşib. Hətta mühafizəçilərdən xidməti geyim üçün “şirinlik” də alınıb.

Onu da deyək ki, həbsinə qədər V.Hüseynovun “Kövsərbank”ın səhmlərini aldığı da aydınlaşıb. Dələduz şirkət müdiri işçilərdən mənimsədiyi pulları bankın səhmlərinə yatırıb. Bir neçə rayonda fəaliyyət göstərən mühafizə xidmətinə işə düzələnlərdən alınan pulları hesablasaq, ortada milyonların olduğunu söyləmək olar.

Qeyd edək ki, sözügedən bank deputat Eldar İbrahimovun qardaşına məxsusdur.