backend

“Sahil Babayev Qaziləri dövlətdən narazı salır” - ETİRAZ AKSİYASI

7NEWS.az xəbər verir ki, 1-ci Qarabağ müharibəsinin iştirakçısı, qazi Rüxsarə Cumayeva etiraz aksiyası keçirib.

Məlumata görə Cumayeva 1-ci qrup əlillik dərəcəsinin ləğv edilərək 3-cü dərəcə təyin olunmasına etiraz edib. O, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin bu addımından Prezidentə şikayətini çatdırıb. Qarabağ qazisi bildirib ki, ona 3-cü qrup əlil statusu verilməsi əsassızdır və nazir Qarabağ döyüşçülərini dövlətdən narazı salmaqla məşğuldur.
Qeyd edək ki, son dövrlər S. Babayevin əlillik dərəcəsinin təyin olunması ilə bağlı yürütdüyü siyasət cəmiyyətdə ciddi gərginliyə və hökumətdən narazılığa səbəb olub. Minlərlə insanın əlilliyi ya, ləğv olunur, ya da dərəcəsi dəyişir. Ümumiyyətlə, S. Babayevin bu fəaliyyəti ilk növbədə hakimiyyəti sabotaj etməkdir və yüzlərlə vətəndaşı küsdürməkdir.
Videonu təqdim edirik: