backend

Zakir Fərəcovun Avtoyuma biznesi də var imış?

Zakir Fərəcovun Avtoyuma biznesi də var imış?

















Son bir neçə ildə Bakının strateji əhəmiyyət kəsb edən rayonları sırasına daxil olan Abşeron rayonunda vəziyyət günü-gündən pisləşir

Bu rayonun inkişafı və abadlaşdırlılması üçün büdcədən ayrılan vəsaitin hara xərclənməsi isə hələ də müəmmalıdır. Rayonun mərkəzi qismən təmir olunub, bir az kənarlar və məhlə yolları isə bərbad vəziyyətdədir. Bir sözlə, Bakının ilk və ən boyuk rayonlarından olan Abşeron rayonunda heç kim heç kimin dərsini oxumur.
Toropaqların neçəyə gəldi, nizamsız və sənədsiz satıldığı bu rayonda müxtəlif rayonlardan gələn insanlar məskunlaşır. Bələdiyyə sədri də torpağı neçəyə gəldi satır, icra başçısı Zakir Fərəcov isə buna göz yumur. İcra başçısının bu addımını başa düşmək olar. Bələdiyyə sədri kimdir ki, Zakir Fərəcovun icazəsi olmadan torpaq satsın.
Rayon ərazisindəki küçələrin bərbad olması, ağacların kəsilərək ərazilərin satılması adi hala çevirilib. Bütün bunlar azmış kimi, ərazidəki avtoyuma məntəqələrinin durmadan artması da maraq doguran hallardır. Bəli, indi Zakir Fərəcovun adamlarının əsas gəlir mənbəyi məhz avtoyuma məntəqələrindəndir.
Maraqlıdır, bu avtoyuma məntəqələrinin yerləşdiyi ərazilər neçəyə satılır və bu işə kimlər nəzarət edir?
Abşeron rayonu ərazisində 1000-dən artıq avtoyuma məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələrin yerləşdiyi ərazilər izə zaman-zaman 3000-5000 manat arasında dəyişən qiymətlərlə satılıb. Əksər məntəqənin yerləşdiyi ərazidə ağaclar qırılıb. Ən maraqlısı odur ki, bəzi avtoyuma məntəqələrinin yerləşdiyi ərazilərdə insanların narazılığına məhəl qoyulmur. Küçədə gediş-gəliş tamam bağlanır. su ərazidə ciddi problemlər yaradır.
Zakir Fərəcov isə şikayətçiləri dinləmir və bu problüemin aradan qaldırılmasına səy göstərmir. Bununda doğal səbəbləri var.
Belə ki, avtoyuma məntəqələrinən ay ərzində aylıqlar yığılır ki, bunun da bir qismi Zakir Fərəcova çatır. Buna görə də, vətəndaşlar illərdi narazı olaraq qalırlar. Sakinlər bildirir ki, artıq şikayət etməkdən yorulublar: “İcra başçısı isə problemin aradan qaldırılması üçün heç bir iş görmür. Məcbur olub aksiya keçirmək niyyətindəyik”.
Məlumat üçün bildirək ki, rayonda icra başçısının adamlarına məxsus 200-dən artıq avtoyuma məntəqəsi fəaliyyət göstərir.
Yaxın günlərdə bu avtoyuma məntəqələrinin yerləşdiyi ərazilərdən və onların kimə məxsus olması barədə məlumat verəcəyik.