backend

Erməni nazir: "Avropa Oyunlarında iştirak etməliyik"

Erməni nazir: "Avropa Oyunlarında iştirak etməliyik"
















Ermənistanın gənclər və idman naziri Qabriel Kazaryan ölkəsinin Bakıda keçiriləcək I Avropa Oyunlarında təmsil olunmasının vacibliyindən danışıb

"Report"un yerli mətbuata istinadən verdiyi məlumata görə, nazir "Bakı-2015" Avropa Oyunlarında böyük sınaq qarşısında olacaqlarını bildirib.

"Bu il idmançılar, xüsusən də güləşçilər üçün ağır olacaq" deyən Q.Kazaryan ölkəsini təmsil edəcək idmançıların təhlükəsizliyinə zəmanət verildiyini də vurğulayıb: "Şəxsən mən düşünürəm ki, Ermənistan Avropa Oyunlarında iştirak etməlidir. Bütün tərəflər - Bakı, Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsi təhlükəsizliyimizə zəmanət verir. Hazırlıqlarımız davam edir, amma rəsmi qərar bir müddət sonra veriləcək".

Qeyd edək ki, I Avropa Oyunları iyunun 12-dən 28-dək davam edəcək.