backend

Amerika kəşfiyyatı koronavirusun mənşəyi barədə hesabatı Baydenə təqdim edib

Amerika kəşfiyyatı COVİD-19 koronovirusunun mənşəyi ilə bağlı hesabatı prezident Co Baydenə təqdim edib.

Bu barədə “ Washington Post” yazıb. Yazıda qeyd olunur ki, Amerika kəşfiyyatı COVİD-19 virusunun mənşəyi ilə bağlı yekdil qərara gələ bilməyib. Kəşfiyyat orqanları konkret rəyə gələ bilməyiblər ki, virus heyvandan insana keçib, yoxsa Çindəki laboratoriyadan insanlara yayılıb.

Çünki 2021-ci ilin may ayında Ağ Evin yaydığı məlumatda koronavirusun Çindəki laboratoriyada baş verən qəza nəticəsində yayıldığı versiya qeyd olunub. Bununla bağlı prezident Bayden kəşfiyyat orqanlarına virusun yayılma mnəbəyini dəqiqliklə öyrənib 90 gün müddətində hesabat hazırlayıb, təqdim etmək barədə tapşırıq vermişdi. Hesabat həmin tapşırığa əsasən hazırlanıb.