backend

"Kontakt Home" dövlətin QANUNLARINI POZUR - GİLEY

"Şikayətimiz "Kontakt Home"dandır. Demək, həmin mağazadan ətçəkən maşın aldıq, evdə yoxlayandan sonra maşının işləmədiyi məlum oldu". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupunda İdrak Mustafayev adlı istifadəçi yazıb

"Kontakt Home" dövlətin QANUNLARINI POZUR - GİLEY


Narazı vətəndaş daha sonra yazır: "Təbii olaraq, mağazaya məhsulun problemli olduğunu bildirib, geri götürmələrini rica etdik. İlk öncə bizə məhsulun servisə verilməsini, daha sonra qaytarılmasının mümkün olacağını bildirdilər.
Bilirik ki, məhsulun 14 gün ərzində qaytarılmasına icazə verilir. Lakin hazırda mağazalar şəbəkəsindən bizə deyirlər ki, siz artıq maşından istifadə etmisiniz, ona görə qaytara bilməzsiniz.
Belə bir sual yaranır: Ətçəkən maşının işləyib-işləmədiyini müştəri necə hiss edə bilər? Yəni 1 dəfə istifadə etmədən, yoxlamadan bunu bilmək nə dərəcədə realdır? Və "Kontakt Home"un bu bəhanəsi hansı məntiqə sığır?"

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...