"Şikayətim "Azərsun" holding nəznində olan "Sənaye" siğorta şirkətindəndir. Bu barədə "Müştərinin Səsi" sosial qrupunda Elnur Məhərrəmov adlı istifadəçi paylaşımında giley edir.
Daha sonra narazı vətəndaş yazır: "8 gündür maşınımla qəza törətmişəm. Servislərində baxış keçirilib. 3 gündür cavab yoxdur. Qaynar xəttlərinə zəng vururam, "sizinlə qiymətləndirmə əlaqə saxlayacaq" deyilir.
3 gündür əlaqə saxlanılmır. İndi də zəngimə 1 ci gün baxılacaq deyilir.
Deyirəm, taksi fəaliyyətiylə məşğul oluram, avtomobil lazımdır mənə. 10 günə 1 günıük işi görə bilmirlər... "İşçimiz mənzuniyyətdədir" cavabını alıram... Artıq bilmirəm şikayətimi kimə bildirim..."
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Gündəmxəbər.az
OXŞAR XƏBƏRLƏR
gundem