backend

Əbülfəz Qarayevin kamança çalan məktəb direktoru- Cəlilabad uşaq incəsənət məktəbinin direktoru Fərhad Qurbanovun rüşvət şəbəkəsi..

Fərhad Qurbanov Regional Mədəniyyət İdarəsinə hər ay nə qədər rüşvət verirmiş ?

Allah qoymasa, mədəniyyət nazirimiz Əbülfəz Qarayevin rüşvətxorluğu və korrupsionerliyi səbəbindən hazırda nazirliyin bir neçə vəzifəli şəxsi ilə bağlı məhkəmə prosesi keçirilir.
Onu da qeyd edək ki, həmin vəzifəli şəxsləri DTX-nın əməkdaşları həbs edib.
Məhkəmə prosesində səsələnən təkcə bir ifadəyə nəzər salaq.
Deməli, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Ağayev Nadir məhkəmədə nazirin müavini Rafiq Bayramova pul verdiyini deyib:
“Bu pulları musiqi məktəblərindən yığırdım. 2017-ci ildən 2020-ci ilə qədər ayda 2 min manat olmaqla ümumilikdə 48 min 650 manat pul vermişəm. 8 musiqi məktəbinin hərəsindən 200-500 manat arası pul yığırdım”.
Bax, musiqi məktəblərimizdə real vəziyyət belədir.
Dənizdən bir damla olan bu faktı nə üçün gətirdik.
Əgər Mədəniyyət idarəsinin rəisi deyirsə ki, hər ay rüşvət verirdim, deməli, həmin rüşvəti musiqi, incəsənət məktəblərinin direktorlarından alırmış.
Bəs məktəb direktoru pulu haradan alırmış ?
İndi gəlin, Cəlilabad şəhər Uşaq İncəsənət Məktəbinin timsalında bu məsələyə nəzər salaq.
Məlumat üçün qeyd edək ki, bu təhsil ocağı 1969-cu ildə 7 illik musiqi məktəbi kimi fəaliyyətə başlayıb. 1982-ci ildə rəssamlıq şöbəsinin açılması ilə Uşaq İncəsənət məktəbi statusunu alıb.
Məktəbin direktoru: Fərhad İlqar oğlu Qurbanov 1988-ci ildə Cəlilabad şəhərində anadan olub. 2006-cı ildə Cəlilabad Uşaq İncəsənət məktəbini, 2012-ci ildə Azərbaycan Milli Konservatoriyasını Kamança ixtisası üzrə bitirb. 2012-ci ildən Cəlilabad Uşaq İncəsənət məktəbinin kamança ixtisası üzrə müəllimi, 2014-cü ildən həmin məktəbin direktoru vəzifəsində çalışır.
Məktəbin rəhbərliyi isə aşağıdakı şəxslərdir:
Tədris işləri üzrə direktor müavini: Musa Almas oğlu Əmiraslanov,
Fortepiano şöbəsinin müdiri: Amaliya Yusif qızı Qurbanov,
Xalq çalğı alətləri şöbəsinin müdiri: İbrahim Mirzəbala oğlu Mirzəyev,
Nəzəri fənlər üzrə şöbə müdiri: Şəfaqət Şəmsəddiq qızı Həsənova.
Redaksiyamıza daxil olan məlumata görə, Mədəniyyət nazirliyində fəaliyyət göstərən rüşvət şəbəkəsinin üzvlərindən biri də Cəlilabad şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Fərhad Qurbanov olub.
Məlumata görə, məktəbdəki müəllimlərin bir hissəsi dərsə gəlmədiyi üçün direktora “aylıq” verir.
Məktəbin texniki işçilərinin bir hissəsi də heç vaxt məktəbdə görünmür, onların maaş kartı cənab direktorun cibində olur.
Məktəbdə işləyən müəllimlərin əmək haqqından hər ay 20-25 manat pul tutulur ki, mədəniyyət nazirliyinə çatdırılsın.
Bundan əlavə məktəbə qəbul olunmaq istəyən şagirdlərin valideynlərindən də xeyli miqdarda rüşvət alınır.
Bir sözlə, direktor Fərhad Qurbanov incəsənət məktəbində əməlli-başlı rüşvət şəbəkəsi yaradıb.
Bəs, Fərhad Qurbanov media ilə necə əməkdaşlıq edir ?
Bu başqa yazının mövzusudur.
P.S. Yazıda adları çəkilən hər bir şəxsə cavab haqqını tanıyırıq.
gundelik baki.com/