backend

Taliban aradan pərdəni "götürdü" - Təhsildə yeni qayda

Talibanın Əfqanıstana nəzarəti ələ keçirməsindən sonra universitetlərdə sinifləri pərdə ilə yarıya bölərək dərs keçildiyi görüntülər dünya mediasında gündəm olmuşdu.

Xarici KİV xəbər verir ki, müzakirələrdən sonra açıqlama verən Talibanın yeni Ali təhsil naziri Əbdül Baqi tədrislə bağlı yeni qaydalar tətbiq ediləcəyini deyib. O, qadınlara təhsil almağa icazə veriləcəyini desə də, kişilərlə qadınların pərdə ilə bölünən eyni siniflərdə deyil, fərqli siniflərdə dərs alacağını bildirib.

Nazir həmçinin kişilər və qadınlar üçün islam dininə uyğun qayadada yeni paltarlar hazırlanacağını söyləyib.

Qeyd edək ki, Talibanın hakimiyyətdə olduğu 1996-2001-ci illərdə qadınların orta və ali məktəblərdə təhsil almasına icazə verilmirdi.