backend

7 saylı Doğum Evindən tükürpədici şikayət

7 saylı Doğum Evindən  tükürpədici şikayət






















Baş həkimi Xatirə Murtuzayeva tibb ocağını elə vəziyyətə qoyub ki, artıq vətəndaşlar bura pənah gətirməyə qorxurlar

qaynarxett.az-ya Bakı şəhəri Nizami rayonundan E.Əliyeva tərəfindən 7 saylı Doğum Evində baş verən neqativ hallardan bəhs edən şikayət məktubu daxil olub. Məktubda deyilir: “Çox təəssüf ki, bu gün Azərbaycanda əksər doğum evlərində vəziyyət bərbad durumdadır. Orada baş verən qanunsuzluqlar, özbaşınalıqlar tibb müəssisəni daha çox bazara xatırladır. 7saylı doğum evinin baş həkimi Xatirə Murtuzayeva tibb ocağını elə vəziyyətə qoyub ki, artıq vətəndaşlar bura pənah gətirməyə qorxurlar. Hamıya gün kimi aydındır ki, xəstəxanada pulsuz səhiyyə xidmətləri göstərilmir. Sanki ölkə rəhbərinin və Səhiyyə Nazirliyinin qərarları bura aid deyil. Baş həkim nazirliklərdən birində işləyən yaxın qohumuna güvənərək xəstəxanada çıxılmaz hal yaradıb. Vətəndaşların bildirdiyinə görə, kim ki, qanundan danışır, haqqını tələb edirsə, həkimlərlə dirəşirlərsə, həmin insanları incidirlər. Xəstəxanada çalışan bəzi həkimlər və tibb bacıları da baş həkimin "təlimlərini" keçiblər. Onlar "şirinlik" verməyən insanlara elə sifət göstərirlər ki, camaatı bura gəlməyə peşman edirlər. Xəstəxanada həkimlərdən tutmuş xadiməyə qədər hamı pulnan danışır. Qapıda duran personala da hörmət etməsən içəri girmək mümkün deyil.
Bir sözlə, 7 saylı Doğum Evinin həkim personalını insan həyatı deyil, yalnız və yalnız pul düşündürür.
Əgər pul verilməsə, tibb bacısı da xəstəyə xidmət etmir. Həkimlər gözləyir ki, əlini nə vaxt cibinə salacaqsan.”
Görünür, son dövrlər korrupsiya və rüşvətlə sərt mübarizə aparılması barədə edilən bəyanatlar imitasiyadan başqa bir şey deyil. Son vaxtlar daha ciddi qanun pozuntularına yol verilməsi də xüsusi olaraq vurğulanır. Belə ki, bu tibb müəssisəsində məhz son iki il ərzində həyata keçirilən nigahdankənar doğuşların sayının xeyli artdığı bildirilir.
Şikayətçi qeyd edir ki, hamilə qadınlar sözügedən xəstəxanadakı anti-sanitariya hallarından da şikayətlənirlər. Uşaq doğumu çox baha başa gəlir. Belə demək olarsa, 7 saylı doğum evində korrupsiya xəstəxananın giriş qapısından başlanır. Bəzi valideynlər bu qədər xərci dövlət hesablı doğum evinə çəkməkdənsə, özəl klinikalarda çəkməyi daha uyğun hesab edirlər. Özəl klinikalar da adından göründüyü kimi özəldir. Əvvəlcədən qiymətlər bəllidir. Lakin xidmətləri yüksək məbləğdə göstərmələri bunun normal qiymət olmasına haqq qazandırmır. Sözsüz ki, əhalinin yoxsul təbəqəsi özəl klinikların xidmətlərindən yararlana bilmirlər. Bəzi analar isə özəl klinikalarda doğuşdan bir neçə gün sonra ananı evə buraxdıqlarını bildirirlər. Lakin hamı bilir ki, uşağın göbəyi düşməyincə ana və körpə evə buraxılmamalıdır. Bunun ağır nəticələri ola bilər. Bu hala isə 7 saylı doğum evində tez-tez rast gəlinir.
Aidiyyəti qurumların bunu diqqətdə saxlaması xahiş olunur.

Vasif