backend

Xüsusi Riskli Xilasetmə Xidmətində VƏZİFƏ DAVASI... - Heydərov kimi irəli çəkəcək?

Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətində rəhbər dəyişikliyi gözlənilir. Bu barədə Bizimxeber.az-ın əldə etdiyi məlumata görə, xidmətin rəisi general-mayor Şahmar Paşayevin yerinə iki namizəd var.

Onun yaş senzi ilə əlaqədar yaxın vaxtlarda vəzifəsindən təqaüdə gedəcəyi haqda məlumatlar dolaşır.

Xəbərlərə görə, Ş.Paşayev yerinə general-mayor Məhərrəm Həsənovu hazırlayır. M.Həsənov hazırda xidmət rəisinin 1-ci müavini vəzifəsini tutur. Lakin ona alternativ olduğu haqda iddialar səslənməkdədir.

Belə ki, FHN Dövlət Sularda Xilasetmə Xidmətinin Xilasetmə və dalğıc işləri üzrə şöbəsinin müdiri Elsevər Həsənovun Xidmət rəisi postuna hazırlandığı bildirilir. Onun atasının Fövqəladə hallar naziri Kəmaləddin Heydərovla yaxın olduğu iddia olunur.

E.Həsənov bundan əvvəl Dövlət Gömrük Komitəsində çalışıb. Onun idarədə söz sahiblərindən biri olduğu, atasının nazirlə əlaqələrinə görə dayaqlarını möhkəmləndirdiyi bildirilir. İndi M.Həsənovun, yoxsa E.Həsənovun Ş.Paşayevin yerinə təyin olunacağı bilinmir.