backend

Ağdaşda təhsil sistemi BELƏ İDARƏ OLUNUR... - GİLEY

Qaynarxett.MEDİA - Elektron poçtumuza Göyçay şəhəri İbrahim Göyçaylı küşəsi dalan.4 ev.10 ünvanında yaşayan Hüseynov Anar Rafiq oğlu tərəfindən (Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə əsasən) daxil olan müraciəti olduğu kimi Sizə təqdim edirik.

"Cənab Prezident! Bu şikayət ərizəmlə yazıb Sizdən xahiş edirəm göstərdiyim cinayət faktları obyektiv araşdırlıb qanuna müvafiq tədbirlər görülməsinə tapşırıq verəsiniz.
Mən Hüseynov Anar Rafiq oğlu, hakim YAP-n üzvü, bir ictimai fəal vətəndaş olaraq, sosial şəbəkələrdə ağdaş rayonu Nizami Küçəsi ev 18 sakini Abbasov Qorxmaz Tofiq oğlu, mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Təhsil Naziri cənab Emin Əmirullayevə müraciət edib. Müraciətində bildirib ki, Cənab Nazir Sizə məlum edirəm ki, Ağdaş rayonu Təhsil Şöbəsinin müdiri Hürü Əliyevanın yarıtmaz fəaliyyəti nəticəsində Ağdaşda, təhsil bərbad günə düşüb.Nəticədə də, gələcəyimiz olan uşaqlar savadsız böyüyüb, cəmiyyətə yararsız inteqrasiya edirlər.Belə ki, Ağdaş rayonu Gürcüva kənd ümumi orta məktəbin, tarix-coğrafiya fənnini tədris edən Yusifov Oruc Eyvaz oğlu saxta diplomla işə qəbul edilmişdir. Bu qanunsuzluğa şəraiti isə Ağdaş rayon Təhsil Şöbəsinin müdiri Hürü Əliyeva öz maraqlarına görə yaratmışdır.Oruc Yusifovun Zaqatala Müəllimlər İnstitutunun 4 il oxuyub diplom alması yalandır, həmin diplom yoxlanılarsa saxta olması təsdiq olunacaq.
Həmçinin Oruc Yusifov müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanından və sertifikasiyadan keçməyib.Belə olan halda, onun orta məktəbdə müəllim vəzifəsində işləməsi korrupsiya əməli hesab edilir.
Mötərəm cənab Prezidentimiz İlham Əiyevin seçiciərindən tutulan vergilər hesabına əmək haqqı alıb və bütün aldığı məvacibi dövlətə qaytarmalıdır. Hətta xahiş edirəm,bu yuxarıda adı çəkilən Hürü Əliyevanın və Oruc Yusifovun DSMF-dən təqaüd alırlarsa, onların aldığları təqaüdlərin qanuniliyi yoxlanılsın!
Odur ki, Cinayət Prosessual məcəlləsinin 46.2 maddəsinə əsasən, sizdən xahiş edirəm, göstərdiyim cinayət faktları obyektiv araşdırılıb, qanuna müvafiq tədbirlər görülməsinə Ağdaş Təhsil Şöbəsinin müdürü Hürü Əliyevanı işdən azad olunmasına, Yusifov Oruc Eyvaz oğlunun isə həbs edilməsinə tapşırıq verəsiniz."
 //azerinfo.az//