backend

Bakı metrosu niyə qorxu mənbəyinə çevrilib?

Bakı metrosu niyə qorxu mənbəyinə çevrilib?














Yaxud metropolitenin yeni rəhbəri Zuar Hüseynovun “yüksək idaretmə bacarığı və səyləri...”

“Bakı Metrosunda fasilə yarandı”, “”Metroda nasazlıq, sərnişinlər təxliyyə edildi”, “Metroda qatarla dayandı, ürəyi gedənlər var” və sairə və ilaxır... Bu kimi xəbərlərlə son vaxtlar az qala hər gün rastlaşırıq. Bir sözlə, bəyənmədiyimiz Tağı Əhmədovdan sonra metro əməlli-başlı təhlükə mənbəyinə çevrilib. Artıq əhali metrodan istifadə edib, oradan sağ-salamat çıxanda nəzir-sadağa ayırıb, yüz dəfə şükür edir.
Deyəsən, Bakı metrosunun rəhbərliyi dəyişiləndən sonra yeni rəhbərin, yəni Zaur Hüseynovun ayağı düşərli olmayıb. Bəlkə də metro işindən xəbərsizliyi yeraltı nəqliyyatda problemlərin artmasına səbəb olub... Hər nədirsə, fakt budur ki, 2-3 gündən bir metrodan istifadə edən sərnişinlər yerin altında stress və həyəcanla üz-üzə qalırlar. Əvvəllər qatarlar gec gələndə sıxlıqdan narahat olan sərnişinlər, son aylar nəinki qatarların gecikməsindən, hətta qatarlarda yaranan nasazlıqdan tutmuş, qatarların hərəkət qrafikinin stabil olmamasından və digər bu kimi problemlərdən əziyyət çəkirlər. İndi qatarlar arasında 10 dəqiqə fasilə adi haldır, necə deyərlər, bu, toy-bayramla qarşılanısı məsələdir. Yəni artıq metropoliten rahat və sürətli nəqliyyat vasitəsi missiyasından çıxaraq, sərnişinlər üçün potensial təhlükə, stress, həyəcan və qorxu mənbəyinə çevrilib.
Bu da problemə çox bəsit yanaşmağın bariz nümunəsi! Bəs niyə qatarda səhər-səhər problem yaranıb? Məgər o yoxlanılb xəttə buraxılmır? Yaxud, 2 gündən bir qatarda nə üçün nasazlıq yaranmalıdır, metroda fasilələr olmalıdır? Bəlkə metro rəhbərliyi gözləyir ki, belə sıxlıqlardan birində 1-2 adam ayaq altında qalıb ölsün, ya da ürəyini tutub həyatla vidalaşsın, sonra qatarları saz halına gətirsinlər? Normal ölkələrin heç birində əhaliyə xidmət göstərən yeraltı nəqliyyatda belə hallarla illərlə rastlaşmaq mümkün deyil. Bizdə isə təkcə son 3 ayda saysız-hesabsız qatarların, xətlərin nasazlığı, qrafikin pozulması və sairə səbəbdən saatlarla dayanmalar adət halına çevrilib. İndi az qala metrodan istifadə edib, probemlə rastlaşmayanda sərnişinlər özlərini xoşbəxt hiss edirlər. Əlbəttə ki, metropolitenin yeni rəhbəri Zuar Hüseynovun “yüksək idaretmə bacarığı və səyləri”sayəsində...
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov məsələ ilə bağlı Analitik.az-a bildirdi ki, Bakıda ictimai nəqliyyat arasında normal işləyən bir metro idi ki, onda da son vaxtlar tez-tez problemlər yaranır. Bu problemlər də haqlı olaraq ictimai narazılığa səbəb olur:“Ümumiyyətlə, ictimai nəqliyyatda müasir naviqasiya sistemləri qurulub. Relslərdən tutmuş lokomitvlərə, enerji təchizatı yüksək səviyyədə və müasir formada olmalıdır. Bakı metrosunda isə relslərdə nasazlıqlar aşkar olunur. Bizə siqnallar gəlir ki, Bakı Metropolitenində texniki, hərəkəti idarəetmə sistemində böyük problemlər var.”
Deməli, mütəxəssis də problemin olduğunu bildirir. Sadəcə, burada aydın olmayan bir nüans var ki, metropoliten rəhbərliyi nəyi gözləyir? Faciə, ölüm-itim, yoxsa kiminsə onların əvəzinə mövcud problemləri aradan qaldırmasını?!

N.QASIMLI/Analitik.

Bakı metrosu niyə qorxu mənbəyinə çevrilib?