backend

Qoşqar Təhməzli bir restoranla bacara bilmirsə... - İDDİA

Bakının məşhur restoranlarından biri də “Baku City” əyləncə mərkəzidir.

Bu restoranın adı həmişə qalmaqallarda, hətta ağır cinayət hadisələrində hallanıb.


Bir vaxtlar restoranın adı karantin qaydalarını pozmaqda, müğənni Nadir Qafarzadənin bir dəstə gözəlçə ilə restoranda karantin vaxtı “tamaşa” göstərməsində hallanıb.


Sonra restoranın adı daha ağır olayda, cinayət işində hallandı.


Hamıya məlumdur ki, bu restoranda müştərilərə satılan saxta viski və araqlar 4 nəfərin ölümünə, 6 nəfərin isə zəhərlənməsinə səbəb olub. Hətta ölənlərdən biri polis zabiti idi.


Bu hadisə ilə bağlı 12 nəfər məsuliyyətə cəlb edildi, restoranının sahibi Füzuli Alıyev və onu saxta içkilərlə təmin edən Xəyal Cəfərov həbs edildi.


Ekspertlərin dediyinə görə, restoranda verilən içkilərin tərkibində metil spirtinin faizi 76,6 faiz olub. Halbuki bu faiz 1 faizdən də çox aşağı, maksimum 0,05 faiz olmalıdır.


Görəsən, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, qurumun sədri Qoşqar Təhməzli hara baxırdı ?


Mütləq ölüm hadisəsi baş verməliydi ki, tədbir görsünlər ?


Mütləq kütləvi zəhərlənmə olmalıydı ?


Əgər Nadir Qafarzadə bu ölkənin qanun-qaydalarını poza bilirsə, bu restoranda daha dəhşətli hadisələri gözləmək olar.


Həm də söhbət yol kənarındakı ucuz kafedən-zaddan getmir, şəhərdəki bahalı restorandan gedir.


Restoranın sahibi “Kamal” ləqəbli Füzuli Alıyev həbs olundu, bununla ölənlər geri qayıdacaqmı ?


Mediada yazılanlardan bəlli olur ki, “Kamal” içəridədə “dinc” durmur. Və restoran fəaliyyətini davam etdirir.


Baxmayaraq ki, baş vermiş ölüm hadisəsinə görə,cəza çəkmə müəssisəsindədir. Amma “Kamal” hər gün saatlarla cəza çəkmə müəssisəsindən telefonla zəng edərək öz işi ilə yəni "Baku City" restoranı ilə bağlı və hansı müğənniləri dəvət edəcəkləri ilə əlaqədar olaraq tapşırıqlarını verir.


Görəsən, xeyli sayda insanın ölümünə səbəb olan “Kamal” kimə arxalanır ?


Hətta onun barəsində mediada yazanlara hədə-qorxu da gəlir.


Görəsən kim qarantiya verə bilər ki, olay yenidən təkrarlanmayacaq.


Kim təminat verə bilər ki, “Baku City” restoranında daha saxta içkilır verilmir.


Söz sizindir, cənab AQTA sədri Qoşqar Təhməzli.


Təminat verirsinizmi ?
 //gundelik-baki.com//