backend

Saatlıda icra nümayəndəsinin MONOPOLİYASI... - İDDİA

Son illər Azərbaycanda bir çox sahələrdə ciddi islahatlar aparılmaqdadır. Ölkə rəhbərinin harınlamış məmurlara qarşı açıq və sərt çıxışları ictimaiyyətdə bu məsələyə böyük ümidlər yaradıb. Təəssüf ki, bəzi vəzifə səlahiyyətləri hələ də köhnə təfəkkürdən əl çəkməmiş və özlərini firon kimi aparmaqda davam edir. Bu sırada redaksiyamıza gələn şikayətlər arasında Saatlı rayon Naharlı-Məzrəli kəndləri üzrə icra nümayəndəsi Müfəzzil Mustafayevin əməlləri xüsusi diqqət çəkir.

Redaksiyamıza verilən məlumata görə kənd icra nümayəndəsi kimi ancaq öz maraqlarını gözləyib, illər boyu kapital toplamaqla məşğul o lan M.Mustafayev indi də siyasi məsələlərə baş vuraraq seçki prosesinə açıq müdaxilə edir. Məlumatlı mənbənin sözlərinə görə Müfəzzil Mustafayev Azərbaycan Respublikası 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsinin iki məntəqəsini sözün həqiqi mənasında özəlləşdirib. Söhbət onun icra nümayəndəsi olduğu əraziləri əhatə edən 9 və 10 saylı N aharlı kənd seçki məntəqəsindən gedir. M.Mustafayev bu məntəqələri öz yaxınları olan Teymurovlara peşkəş edib. Belə ki, Aydın Teymurov, Fərhad Teymurov, Vüsal Teymurov bu məntəqələrdə sədr və katib postlarına yiyələniblər, bundan başqa məntəqələrin digər üzvləri də Teymurovlarla qohumluq əlaqələri olan şəxsdir. Y uxarı instansiyaların məntəqə üzvlərinin, ən azı sədr və katiblərin ali təhsilli olması haqda təlimata da heç bir əhəmiyyət verməyib. Belə ki, 10 saylı məntəqədə katib Telman Mehdiyevin, 9 saylı məntəqədə isə Rafət Abdullayevin heç bir ali təhsili yoxdur. Mənbənin sözlərinə görə M. Mustafayev bu məsələdə də maxinasiya yolu icad edə bilib və ali təhsili olmayan şəxslər i real iş icraçısı kimi nəzərdə tutub, rəsmi sənədlərdə ali təhsilli şəxslərin adını yazdırıb. Bütün bu proses M.Mustafayevin iki dairəni tam nəzarətdə saxlamaq niyyətində olduğunu göstərir ki, bu da onun gələcək bələdiyyə planlarından xəbər verir. Maraqlıdır ki, M.Mustafayevin bu əməlləri cəzasız qalmaqdadır və rayon rəhbərliyinin, YAP Saatlı rayon təşkilatının bu məsələdə obyektiv mövqeyi də Müfəzzil Mustafayev tərəfindən nəzərə alınmır.\Rubrika.az