backend

Elmar Rüstəmov ipoteka və faizlərdən danışdı

Elmar Rüstəmov ipoteka və faizlərdən danışdı



Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 2014-cü ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib.

qaynarxett.az Axar.az-a istinadən bildirir ki, Mərkəzi Bankın struktur bölmələrinin və regional ərazi idarələrinin rəhbərlərinin iştirak etdiyi iclasda sədr Elman Rüstəmov giriş nitqi ilə çıxış edib.

İpoteka müzakirələri

Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin ölkənin makroiqitisadi sabitliyi və sosial-iqtisadi inkişafının dayanıqlığına dair qeyd etdiyi məsələləri önə çəkən E.Rüstəmov bildirib ki, 2014-cü ildə qlobal iqtisadiyyatda gedən mürəkkəb proseslərin fonunda milli iqtisadiyyatımız inkişaf edib, sabitlik və dayanıqlıq nümayiş etdirib.
İclas zamanı Mərkəzi Bankın ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə məruzələr dinlənilib, geniş müzakirələr aparılıb Əldə olunan uğurlar qeyd olunmaqla bərabər qarşıda duran vəzifələr müəyyənləşdirilib.

İclasda, həmçinin Azərbaycan İpoteka Fondunun, Maliyyə Monitorinqi Xidmətinin, eləcə də Mərkəzi Bankın ərazi idarələri və regional mərkəzlərinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb, qarşıya qoyulan vəzifələr bir daha dəqiqləşdirilib.

Fazilər azaldılacaq

Ümumilikdə iclasa yekun vuraraq 2014-cü ilin nəticələrini müsbət qiymətləndirən E.Rüstəmov 2015-ci il üçün AMB-nin qarşısında duran başlıca vəzifələrə diqqəti çəkib. O bildirib ki, ölkədə iqtisadi inkişafın dayanıqlığının qorunmasında aktiv iştirak edən dövlət institutu kimi Mərkəzi Bank 2015-ci ildə də qarşıya qoyulan vəzifələrin, xüsusilə də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda möhtərəm Prezidentin qeyd etdiyi sosial-iqtisadi inkişaf hədəflərinin realizasiyasında fəal iştirak edəcək, iqtisadiyyatın şaxələnməsi, o cümlədən qeyri-neft iqtisadiyyatının sürətli inkişafı üçün zəruri monetar dəstəyini verəcək. Biznesin uzunmüddətli kredit əldə etməsi imkanlarını artırılması təşviq olunacaq. Real sektorun maliyyə hesabatlığı, kreditorların hüquqlarının effektiv qorunması biznes kreditlərinin artmasında mühüm rol oynayacaq. Faiz dərəcələrinin aşağı salınması istiqamətində tədbirlər davam etdiriləcək. Bu baxımdan uzunmüddətli resursların bank sektoruna cəlb olunmasının stimullaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bank resurslarının dəyərinin azalması, korporativ müştərilərin effektivliyi, nağdsız hesablaşmaların genişlənməsi faiz dərəcələrinə əhəmiyyətli təsir edir. Mərkəzi Bank 2015-ci ildə də bu sahədə zəruri tədbirlər həyata keçirəcək, aidiyyəti qurumlarla birgə iş aparacaq.

2015-ci ildə milli ödəniş sisteminin təhlükəsizliyi, texnoloji müstəqilliyi gücləndiriləcək, yerli plastik kart bazarı inkişaf etdiriləcək, hökumət ödəniş portalının istifadəsi miqyası genişləndiriləcək.