backend

LERİK ÇAYLARINDA EKOLOJİ TERROR DAVAM EDİR ETSN İSƏ SUSUR

Bir neçə gün bundan öncə Lerik ərazisinə olan "Ləkərçayın" yatağı "Kaspi Yıldız" MMC tərəfindən qazılır, sonra isə qrabili götürülərək yaxınlığda kı, "daş emal"ı sexində üyüdülərək "çınqıl" halına salınaraq satıldığını qeyd etmişdik.
Bu məsələ mətbuatda işığlandırdığdan dərhal sonra, qazıntı işləri bir neçə günlük dayandırılmış və üç gün sonra əvvəl ki, qayda ilə yenə də hazırda davam etməkdədir.




Lerik sakinləri bizim redaksiyamıza yenə də videomüraciətlər göndərərək orada olan "ekoloji terror"un dayandırılmasını xahiş və tələb edirlər. Onların sözlərinə görə, bu işin başında Ekologiya Nazirinin müavini Vüqar Kərimov və Milli Məclisin deputatı Iqbal Məmmədov durur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmi facebok sosial şəbəkə səhifəsində bildirib ki, guya 26 oktyabr 2021-ci il tarixdə sözügedən ərazidə olan qazıntı işlər barədə tədbir görülməsi üçün, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları tərəfindən aktlaşdırılaraq Lerik Rayon Məhkəməsinə göndərilib.

Yaxşı burda belə sual meydana çıxır: niyə, bəs sözügedən ərazidə olan qazıntı işləri o vaxtdan bəri hələ də davam edir və hüquq Mühafizə orqanları bunu dayandırmır?
Ekologiya Nazirliyi qazıntını dayandırmaq üçün hansı tədbirlər həyata keçirdib ?.
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyini bu işlə niyə maraqlanmır?!

Qarşı tərəfin də mövqeyin dinləməyə hazırıq.//azerinfo.az