backend

Yardımlı sakinləri hələ də QARA MASKALILARI GÖZLƏYİRLƏR... - NARAZILIQ!

Hələ icra başçılarına qarşı hüquq-mühafizə orqanlarının sərt addımlarının intensiv xarakter aldığı bir dönəmdə Yardımlı sakinləri ümid edirdilər ki, onların da rayonlarında anoloji tədbirlər həyata keçirləcək. Bu barədə DİA.AZ-a yazan narazı vətəndaşlar bildirir.

Redaksiyamıza yazan Yardımlı sakinləri rayonda icra başçısı Ayaz Əsgərovun əməlli-başlı TALANÇI DƏSTƏ yaratdığı qeyd edərək, camaatın durumun olduqca ağır olmasından giley edirlər.

Sakinlər dia.az-a yazır: "Yardımlı rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov ilə müavini Mahir Mirzəyevin birgə “əməkdaşlığı” ilə rayonda küllü miqdarda maxinasiyalar həyata keçirilir. Yardımlı rayonunda Mahir Mirzəyev rayona ayrılan dəftərxana xərci, abadlıq xərci və Yardımlı rayonu üçün ayrılan digər xərclərin hamısını öz müəssisələrinə yönəldir, qarşılığında nazirliyə faiz verir və qalan məbləği icra başçısı ilə birlikdə qara yollarla talan edir.

Yardımlı rayon məşğulluq üzrə nə işçilər var hamısı M.Mirzəyevlə Ayaz Əsgərovun qapısından keçməlidir. İş üçün müraciət edən şəxs 500 manat verməlidir. DTX yoxlamalar aparsa, M.Mirzəyevin kabinetində yüzlərlə kartın olduğunun şahidi olarlar. Ümumiyyətlə, şikayət olan təqdirdə Mahir Mirzeyev deyir ki, gedin kimə istəyirsiz, deyin… Onun dediyinə görə, 2005-ci ildən belə işləyibmiş".

Daha sonra məktub müəllifi rayon sakinləri adından aidiyyatı qurumlardan Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov və müavini Mahir Mirzeyev barəsində tədbir görmələrini istəyir. DTX-nı Yardımlı rayon icra Hakimiyyətində görmək istəyirik ki, bu haqsızlığa, özbaşınalığa son qoyulsun. Hörmətli qurumlar, Yardımlı rayon büdcəsi Mahir Mirzeyevlə Ayaz Əsgərovundur. Rayon sakinləri olaraq batıb gedirik. Həbs edilən icra başçıları Mahir Mirzəyevin yanında yalandır”.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.