backend

ASTARANIN TƏHSİL MÜDİRİ RƏŞAD HƏSƏNOV HƏBS OLUNUB?


Doğrudur, media orqanlarından birinin yaydığı məlumatda qeyd olunurdu ki, məsələ barədə təhsil müdirinin məsləhətçisi olan Elçin Mirzəzadə ilə əlaqə saxlanılıb və o, həbs xəbərini inkar edib. Amma, bu, hələ göstərici sayıla bilməzdi. Çünki, əgər belə bir şey yoxdursa, Təhsil idarəsi niyə çıxıb, rayonda yayılan bu şok xəbəri inkar etmir və məsələyə açıqlama gətirmir?

Olay ilə bağlı rayon ziyalılarının nümayəndəsi, təhsil eksperti Zaur Hüseynovun fikirlərini aldıq. O, yayılan xəbərin doğru olduğunu və birbaşa Təhsil şöbəsindəki qaynaqları tərəfindən təsdiqləndiyini bildirdi.

Qeyd edək ki, Həsənovun tezliklə işdən çıxarılacağını rayon ziyalıları bir müddət idi ki, gözləyirdilər. Ehtimal olunurdu ki, icra hakimi Qəzənfər Ağayev özünün sadiq “qulu” olan Həsənovu, son zamanlardakı dramatik kompromatlardan sonra “qurban verib”, “bəlanı” önləyəcək.

Hər halda, sentyabr ayında “Təhsil Araşdırmalar Mərkəzi” tərəfindən mediaya təqdim olunan və cəmiyyətdə şok effekti doğuran “Rüşvət alma” sujetindən sonra, İctimai Televiziya da məsələyə əl qoymuş və Astara təhsili barədə 7 dəqiqəlik tənqidi sujet hazırlamışdı. Hansı ki, İTV-nin birbaşa Prezident Adminstrasiyasına bağlı olduğunu nəzərə alanda, bu, Astara Təhsil müdiri və İcra hakiminin, ölkə rəhbərliyi tərəfindən “topun ağzına qoyulduğu” təəssüratı yaratmışdı.

P.S. Doğrudur, xəbər yayılandan sonra Həsənovun adını daşıyan feysbuk profilindən paylaşım edilsə də, bu, hələki heç nəyi göstərmir, çünki paylaşımı başqası da edə bilər.

Məsələylə bağlı araşdırmamız davam edir.
İTV-nin Astara təhsilinin dəhşətli vəziyyəti barədə sentyabrda yayınladığı 7 dəqiqəlik sujeti təqdim edirik:


Teref.az