backend

Qəbələdə İcbari Tibbi Sığorta belə "işləyi" - "burada gərəkli analizləri götürməkçün imkan yoxdur..."

Teref.az xəbər verir ki, regionlarda xəstəxanalar İcbari tibbi sığortaya keçəndən sonra çikayətlər çoxalıb.

Qəbələdən sosial şəbəkə fəalı Şahin Cavadov yazır:

"Xəstəxanamız "sığortaya keçəndən" sonra həkim mafiyası mükəmməl xalq soyma mexanizmi hazırlayıb. Kim xəstəxanaya gedirsə onu "burada gərəkli analizləri götürməkçün imkan yoxdur" deyərək rayonda fəaliyyət göstərən" Sağlam Həyat" mərkəzinə yollayırlar. Pasientlər orada nəyi var soyulduqdan sonra həkimə yarayan diaqnozla geri döndərilir və bu dəfə də dərman mafiyasiyla iş birliyi işə salınır.
Bu ölkədəki əsas problem vicdan problemidir."

Şahin Cavadovun yazdığına dəstək verən oxucular yazırlar;

"Dan Ulduzu
Tam doğru,həkimlər dövlət xəstəxanalarından üz döndərib,özəl klinikalara gedir,məqsəd aydındır!"
Teref.az olaraq ümid edirik ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bununla ciddi məşğul olacaq və dövlətin başladığı bu nəcib işə pəl vuranlar öz cəzalarını alacaqlar!